Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda ilk dəfə “Google AI Hackathon” yarışı baş tutacaq!

20 komandanın yarışacağı ikigünlük “Google AI Hackathon”da süni intellekt həvəskarlarını mükafatlar gözləyir: 1-ci yer 3000 AZN; 2-ci yer 2000 AZN; 3-cü yer 1000 AZN. İRİA-nın dəstəyi və “Tech Academy”nin təşkilatçılığı ilə baş tutacaq tədbirdə siz də iştirak edə bilərsiniz. Agentliyin ev sahibliyi etdiyi hakaton 8 – 9 iyun tarixlərində baş tutacaq.

YouTube AI ilə musiqi yaratma sistemini genişləndirib

YouTube Tightens Control on AI-generated Content and Deepfakes

YouTube ilk dəfə 2023-cü ildə təqdim etdiyi Dream Track funksiyasını bu gündən yenilədi. Bu yenilik sözləri olmadan 30 saniyəlik instrumental mahnılar yaratmağa imkan verir. Birbaşa Shorts məzmununda istifadəyə yönəlmiş bu musiqilər ingiliscə daxil edilən yazılı əmrlərlə yaradıla bilər. Hələ hər kəsə açıq olmayan bir infrastrukturda fərqli musiqi janrları/üslubları seçilə və buna uyğun istehsal edilə bilər.

Twitch-ə faydalı bir funksiya gəlib

Glitch Image

Twitch artıq istifadəçilərə seksuallıq, zorakılıq və söyüşdən ibarət canlı yayımları filtrləmə yolu ilə gizlətməyə imkan verir.

Yayımlarda cinsi görüntülər, zorakılıq təsvirləri, qumar oyunları, həddindən artıq söyüş kimi şeylər varsa, yayımcı bunu açıq şəkildə ifadə etməlidir. Tətbiqin yeni infrastrukturu buna uyğun olaraq həmin canlı yayımları birbaşa gizlədir və ya bloklayır.

Google axtarış nəticəsinə uyğun reklamlar təqdim edəcək

Google AI Updates

Google axtarış nəticələrini daha da zənginləşdirmək və rəqibi Microsoft üzərində üstünlük əldə etmək üçün süni intellekt (AI) tərəfindən dəstəklənən reklamlar göstərməyə başlayır. İndi Google-da nəsə axtardığınız zaman süni intellekt sizə həm axtarış nəticələrini, həm də uyğun reklamları təqdim edəcək.

“Yango” avtomobil parkının yenilənməsi proqramına start verib

“Yango” şirkətinin tərəfdaşı olan taksi parkları 1 000-dən çox yeni avtomobil alıb və xəttə buraxıb

“Yango” şirkəti bu yaxınlarda tərəfdaşların avtomobil parkının yenilənməsi proqramına start verib ki, bu da taksi parklarına sərfəli şərtlərlə avtomobil krediti əldə etməyə imkan verir. Proqrama start verildikdən etibarən “Yango”nun tərəfdaşı olan daşıyıcı şirkətlər 1000-dən çox yeni avtomobil satın alıb.

Proqram həm servisin tərəfdaşlarına dəstək olmaq, həm də sərnişinlərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır. Proqramın şərtlərinə cavab verən taksi parkları yeni avtomobillərin alınması və lizinqi üçün güzəştli kredit şərtlərindən faydalanaraq avtomobil parklarını yeniləmək imkanı əldə edir.

Posted 
May 22, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All