Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Technest” Təqaüd Proqramı yeni qeydiyyat dalğasını elan edir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı ölkə üzrə yeni qeydiyyat dalğasını elan edir. Qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır. Bununla yanaşı, bu tədris dalğasında 2 yeni beynəlxalq tərəfdaşlıq nəzərdə tutulub.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.

Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar: https://technest.idda.az/

Son qeydiyyat tarixi  7 aprel 2024-cü ildir.

Qeyd edək ki, bu tədris dalğası çərçivəsində “Technest” Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əmək haqqı məbləğində müavinətlə ilə təmin olunacaq.

Bununla yanaşı, Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində məhkum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucqar kəndlər və  internat evlərindən şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqaüdlü təhsilə cəlb olunacaq.

Xatırladaq ki “Technest” Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. “Technest” üzə 2021-ci ildə — 671, 2022-ci ildə — 782, 2023-cü ildə — 4006 nəfərə təqaüd ayrılıb.  2024 –cü ildə 5000 nəfərə təqaüd verilməsi hədəflənir. Bununla yanaşı,  proqram çərçivəsində ötən dalğada 29 region üzrə 1300 nəfərdən çox şəxsə  təqaüd verilib.  Əlavə olaraq, “Technest” təqaüd proqramı çərçivəsində 2 tərəfdaşla birlikdə ümumi olaraq 40 nəfərin xaricdə təhsil istiqamətində hazırlıqları həyata keçirilir. Məktəbliləri istisna etməklə “Technest” məzunların məşğulluq səviyyəsi hazırda 90%-dən yuxarıdır.

“Telegram”a yeni funksiyalar əlavə edilib

Telegram gets new option to save battery life on MacBooks

“Telegram” mesencerinin yenilənmiş versiyası istifadəçilərə əlavə biznes imkanları olan bölmə təklif edir. Belə ki, tətbiqin premium abunəçiləri yeni müştəriləri üçün parametrlərə salamlama mesajları əlavə edə, həmçinin media faylları və formatlaşdırma ilə əvvəlcədən hazırlanmış blankları sürətli cavablar şəklində göndərə bilərlər.

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb

Metro Fare Payments Now Accept QR Tickets! | "Bakı Metropoliteni" Qapalı  Səhmdar Cəmiyyəti

Bakı metrosunda QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb. Ay ərzində 148 min 25 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş 14 min 216 sərnişin ilə “28 May” stansiyasında qeydə alınıb. Bu üsulla ən çox gedişhaqqı 6 min 858 nəfər ilə fevralın 27-si qeydə alınıb.

NASA ilk oyununu təqdim etdi!

Welcome to The Lost Universe: NASA's First Tabletop Role-playing Game -  YouTube

NASA dostlarınızla oynaya biləcəyiniz stolüstü oyunu elan edib. NASA-nın ilk oyunu "The Lost Universe" adlanır və hazırda onu NASA-nın saytından yükləmək olar. NASA həmçinin oyunun necə oynanacağına dair bələdçi də hazırlayıb. NASA-nın pulsuz təqdim etdiyi oyunun kitabçasına buradan baxa bilərsiniz. Oyunun xəritəsini isə burada tapa bilərsiniz.

Bitcoin-in qiyməti rekord qırdıqdan sonra kəskin düşdü

What Is Bitcoin and How Does It Work? – Forbes Advisor INDIA

Bitcoin-in qiyməti çərşənbə axşamı günü 69,200 dollara qalxaraq indiyədək ən yüksək səviyyəsinə çatdı. Daha sonra isə kəskin bir satış nəticəsində qiyməti 59,700 dollara qədər düşdü. Bir müddət sonra qiymət bir qədər bərpa olunub və hazırda 6 %-dən çox ucuzlaşma ilə 63 min dollar səviyyələrindədir.

Azərbaycanda kiberdələduzluq nəticəsində 13000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb.

Məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb.

Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzların ələ keçirdiyi 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

Posted 
Mar 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All