Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"AZAL" “Ethiopian Airlines” ilə əməkdaşlığa başlayıb

"AZAL" “Ethiopian Airlines” ilə əməkdaşlıq çərçivəsində sərnişinləri üçün beynəlxalq səyahət imkanlarını genişləndirir.

İki aviaşirkət arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmiləşdirilməsi imkanı yaradılır. Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir. Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” bu əməkdaşlıqda mühüm rol oynayır. Aviaşirkətin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.

“NVIDIA RTX 5080” və “RTX 5090”ın ​​buraxılış tarixi bəlli oldu!

Nvidia RTX 5080 beats 4090 at ray tracing, according to leak

Şirkət son press-relizində CEO Jensen Huang-ın yanvarın 6-da CES 2025-də çıxış edəcəyini açıqlamışdı. Bir çox etibarlı mənbələr bunu yeni nəsil “NVIDIA GeForce RTX 5080” və “RTX 5090”ın ​​elan ediləcəyi hadisə kimi göstərir.

"Galaxy S25"in prosessoru necə olacaq?

"Samsung"un Galaxy S25 və S25+ modellərində Exynos 2500 əvəzinə “MediaTek Dimensity 9400” çipindən istifadə edəcəyi iddia edilib. İddialar özünü doğrultsa, qarşıdan gələn Galaxy S25 və S25+ modellərində "MediaTek Dimensity 9400" prosessoru ilə qarşılaşa bilərik.

Milli Məclisdən elektrik mühərrikli avtomobillər üçün yeni qərar!

New EV Policy Government's Strategic Move Towards Electric Mobility - Urban  Acres

Milli Məclis elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddətinin 3 ildən 5 ilə kimi artırılmasını birinci oxunuşda təsdiqləyib.

Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişiklik layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.

"Meta" "Ray-Ban" smart eynəkləri ilə bağlı yeni bir qərar verib

Ray-Ban Meta - YouTube

Şirkət "Ray-Ban" smart eynəkləri ilə çəkilmiş şəkilləri süni intellektin öyrədilməsində istifadə edəcək. Görüntülərimizlə süni intellektin inkişafı istifadəçilərin icazəsi ilə həyata keçirilsə də, kifayət qədər şəffaf olmadığı üçün tənqid hədəfinə çevrilib.

Posted 
Oct 8, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All