Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"SpaceX" üçüncü cəhddə dünyanın ən böyük raketi olan "Starship"i orbitə göndərib

“SpaceX” 2,4 milyard dollar dəyərində Starship raketini orbitə buraxmaq üçün iki dəfə cəhd etsə də, buna nail ola bilməmişdi. Bugünkü sınaqda raket nəhayət orbitə göndərildi. Bununla belə, "SpaceX"dən verilən açıqlamaya görə, okeana enmədən əvvəl Starship ilə əlaqə kəsilib. Raketin dönüş yolunda partladığı və ya okeana düşmüş ola biləcəyi təxmin edilir.

Dünən baş tutan canlı yayımda verilən məlumata görə, şirkətin raketin üstündəki kameralar vasitəsilə keyfiyyətli görüntülər əldə edə bilməsi Starlink peyklərinin köməyi ilə gerçəkləşib.

Avropa Birliyi AliExpress ilə bağlı araşdırma başladıb

Minea | How to find a winning product on AliExpress?

Avropa Ticarət Komissiyasından verilən rəsmi açıqlamaya görə, AliExpress-ə qarşı istintaq açılıb. Çin texnologiya nəhəngi Alibaba-nın e-ticarət saytı olan AliExpress-ə qarşı sanksiya keçən ay qüvvəyə minən Rəqəmsal Bazarlar Aktına (DMA) əsaslanır. AliExpress-in günahlandırıldığı məsələ qeyri-qanuni məzmunun paylaşılması mövzusunda olub.

Avropa İttifaqı nümayəndələrinin aparacağı araşdırmalar əslində bir çox sahələri əhatə edir. İcmal əvvəlcə e-ticarət nəhənginin məlumatlardan necə istifadə etdiyi, istifadəçi müqavilələrində nələrin icazəli və nəyə icazə verilmədiyi ilə başlayacaq, daha sonra məhsulları əhatə edəcək. Məsələn, saytda satılan “dərmanların” həqiqi dərman olub-olmaması kimi məsələlərlə bağlı araşdırmalar aparılacaq.

Bu araşdırma DMA çərçivəsində aparılacaq üçüncü araşdırma olacaq. Avropa İttifaqı Komissiyası daha əvvəl TikTok X ilə bağlı araşdırmalar açmışdı.

Sabahdan Azərbaycan telekanalları yeni TV standartına keçir

TV Kumandası Modelleri ve Fiyatları Sunny Kumanda - SUNNY

Bakı şəhəriAbşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

SİMA İmza Vergi portalına inteqrasiya edilib

SİMA İmza Vergi portalına inteqrasiya edildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verib. Bununla yanaşı, “SİMA İmza” elektron imza ilə portala daxil olmuş istifadəçi üçün “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı” ərizəsi aktivləşdirilib.

Taksi sürücüsü barədə məlumatların siyahısı təsdiqlənib

By taxi - Visit Maribor

“Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla taksi sifarişi operatorları “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatları real vaxt rejimində ötürəcəklər:

1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);

3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;

6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir);

9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;

10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.

Posted 
Mar 15, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All