Android” cihazlar üçün nəzərdə tutulan “Google Pay” xidməti əksər telefonlarda aktiv şəkildə xidmətə hazır vəziyyətdədir.

Bir neçə ay öncə “Apple” cihazlar üçün aktivləşdirilən “Apple Pay” xidmətindən sonra ölkəmizdə yeni qlobal ödəniş üsulu “Google Pay” də aktivləşdirildi. Tətbiqə bank kartlarını əlavə edə, kontaktsız (“NFC”) ödənişləriniz zamanı istənilən bank kartınızı seçə bilərsiniz. Ödənişdə asanlıq gətirən bu xidmətin ölkəmizdə də əlçatan olması sevindirici haldır.

Qısa zamanda əksər banklardan bu tətbiqə kartın daxil edilməsi və istifadəsi ilə bağlı rəsmi təlimatların yayımlanması gözlənilir.

Proses özü isə çox sadədir. Tezliklə sizinlə bu xidməti necə aktiv edə biləcəyinizlə bağlı video da paylaşacağıq.

Odur ki, bizi izləmədə qalın. Videodan ilk xəbərdar olmaq üçün bizi həm “Instagram, həm də “TikTok”dan izləməyi unutmayın.

Posted 
Aug 23, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All