Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Apple yeni iPad Pro üçün maraqlı bir reklam çarxı hazırlayıb
Apple bu yaxınlarda keçirdiyi tədbirdə ən yeni iPad Pro modelini təqdim etdi. Reklam filmində verilən mesaj odur ki, siz bütün bu peşəkar avadanlıqların əvəzinə iPad Pro-dan istifadə edə bilərsiniz. Şirkətin məlumatına görə, "istehsal etdikləri ən nazik cihaz" olaraq təqdim edilən iPad Pro texniki xüsusiyyətləri ilə diqqətləri üzərinə toplaya bilib.
NASA qara dəliklərlə bağlı animasiya videosu hazırlayıb
NASA qara dəliklərin sirli dünyasına maraqlı görünüş təqdim edən yeni animasiya təqdim edib. Bu yeni animasiyanın əsas personajı Günəşin kütləsindən 4,3 milyon dəfə böyük olan nəhəng qara dəliyi təmsil edir. Animasiyanın yaradıcısı NASA Goddard Kosmik Uçuş Mərkəzinin astrofiziki Ceremi Şnittman olub. Bu cür vizual təsvirlər qara dəliklərin sirlərini açmaq istəyən həvəskarlar və elm insanları üçün böyük maraq doğurur.
Motorola yeni qatlanan telefonu ilə Samsung-u üstələyə bilər
Motorola-nın yeni telefon modeli qimyətinin kifayət qədər münasib olması səbəbi ilə qatlanan telefonlar içərisində ön plana keçə bilər. Motorola-nın növbəti telefonu Razr Plus 2024 bəzi ölkələrdə Razr 50 Ultra adı ilə satışa çıxarılacaq. Bununla belə, bu modelin keçənilki telefon modelləri ilə eyni qiymətə satılacağı gözlənilir. Telefonun ilk təqdimatının Çində olacağı düşünülür.
2024 model Nokia 3210 təqdim olundu
HMD Global Nokia-nın yeni telefonları ilə qarşımıza çıxmağa davam edir. Yeni Nokia 3210-un 2,4 düymlük TFT LCD ekranı QVGA təsvir ölçüsünə malikdir. 2 meqapiksellik LED flaş kamerası olan telefon S30+ sistemində işləyir və enerjisini Unisoc T107 çipsetindən alır.
Telefonun 1450 mAh tutumlu batareyası çıxarıla bilir və 9,8 saata qədər danışıq imkanı verir. Siz FM radio, MP3 pleyer və Nokia-nın klassik ilan oyununa, həmçinin YouTube Shorts-a giriş əldə edirsiniz.
OpenAI saxta şəkilləri aşkarlaya bilən yeni alətini təqdim edib
OpenAI şirkəti DALL-E 3 ilə yaradılan şəkilləri 98% dəqiqliklə aşkar edə bilən alətini işə salır. OpenAI-ın bu yeni aləti hazırda yalnız öz məhsulu tərəfindən hazırlanmış şəkillərdə uğurla işləyə bilir.