Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Amazon" süni intellektli çatbot hazırlayıb

E-ticarət nəhəngi "Amazon" süni intellektlə dəstəklənən çatbot hazırlayıb. İstifadəçilər alış-veriş zamanı "Rufus" adlı çatbota məhsul ilə bağlı müxtəlif suallar verə biləcəklər. Hələ ki beta versiyada olan "Rufus" əvvəlcə yalnız "seçilmiş müştərilər" üçün əlçatan olacaq.

"Azərikard" yeni “Biznes 360 Portalı”nı təqdim edib

Bu portal vasitəsilə sahibkarlar öz vaxtlarına qənaət edə biləcəklər. Sahibkarlar E-kommers əməliyyatları, Ödəniş linki, POS xidmətlər, Kart əməliyyatları, Hesabatlılıq kimi bir çox əməliyyatları onlayn şəkildə asanlıqla gerçəkləşdirə biləcəklər.  Xidmət Azərikard Prosessinq Mərkəzinin partnyor banklarının müştərilərinə şamil olunur.

"Google" süni intellekt çatbotu "Bard"ın adını dəyişdirir

Google Bard isim değiştiriyor

Əslində "Gemini" Google üçün uzaq bir ad deyil. Şirkət keçən il keçirdiyi bir tədbirdə böyük süni intellekt dil modelini elan etdi və bunun "Gemini" adlanacağını söylədi. Belə bir nəticəyə gəlmək olar ki, Google öz süni intellekt xidmətlərini bir ad altında toplayacaq. Google ad dəyişikliyi ilə bağlı ətraflı açıqlama verməyib.

Tim Cook "Apple Watch" qadağası ilə razılaşmaq istəmir

check blood oxygen with Apple Watch

"Apple" CEO-su Tim Cook "Masimo" ilə "Apple Watch" qadağasını ləğv etmək üçün lisenziya razılaşması etmək istəmədiklərini bildirib. Şirkətin hal-hazırda "Apple Watch" qadağasına qarşı rəsmi etiraz prosesinə fokuslandığını ifadə edən Tim Cook "qan oksigen sensoru olmasa belə, saatları almaq üçün bir çox səbəb var" deyə bildirib.

"Google" artıq "TikTok" videolarından mənbə kimi istifadə etməyə başlayıb

"TikTok" videoları həmişə axtarış nəticələrində görünə bilərdi, lakin daha öncə xüsusi olaraq ön plana çıxmırdı. İndi isə"TikTok" videoları və təsvirləri "Google"un seçilmiş fraqmentlərində görünməyə başlayıb. "Google"un gənc nəslə uyğunlaşmaq üçün bu kimi addımlar atdığı düşülür.

Azərbaycanda “Uber” taksilərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib

Uber Taxi: What Is It & How Does It Work? | Ridester

“Uber”in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən xidmət haqqı sürücünün gəlirinə heç bir təsir göstərmir. “Bu həftədən etibarən “Uber” proqramında sifariş edilən səfərin qiymətinə 0,1 manat xidmət haqqı daxildir. Bu, ödənişi xidmətin fəaliyyəti və inkişafı üçün istifadə edəcəyik. Xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istəyirik ki, bazarda bu xidmət haqqı artıq standartdır”, - deyə məlumatda qeyd olunub.

"Nvidia" bazar dəyərində rekord artım müşahidə olunub

Nvidia Yükselişe Doymuyor: Ocakta Rekor Aylık Büyüme

"Nvidia" yanvar ayında bazar dəyərini 296,52 milyard dollar artıraraq qiyməti təxminən 1,52 trilyon dollara çatıb. Şirkət bununla da, 2023-cü ilin may ayında qeydə alınan 248,23 milyard dollarlıq əvvəlki rekordu üstələyib. Səhmlər bazar öncəsi əməliyyatlarda 1%-dən çox bahalaşaraq 640 dollara çatıb və bir daha rekord qırıb.

Posted 
Feb 2, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All