Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Google Photos" süni intellektlə təşkil edilmiş arxiv təklif edir!

Image showing new organization features in Google Photos

Yeni süni intellekt infrastrukturu ilə "Google Photos" artıq arxivinizi skan edir və çəkilmiş şəkilləri xüsusi olaraq qruplaşdırır. Beləliklə, arxivdə saxlanılan eyni vaxtda çəkilmiş bir çox fotoşəkil avtomatik olaraq bir araya gətirilir. “Google Photos” qeydə alınmış ekran görüntüləri ilə sənədləri müəyyən edir və avtomatik olaraq kateqoriyalara ayırmaq üçün süni intellektdən kömək alır.

"ChatGPT" rəqibi "Bard" yeniyetmələr üçün də aktiv olacaq

The Bard logo is surrounded by photos of teens and prompts like “what are some fun science fair ideas for the 9th grade”?

Google "Bard" üçün yeni bir açıqlama elan edildi. Şirkət yeniyetmələr üçün də sistemi aktivləşdirir. Google hesabına qoşulan yeniyetmələr (ölkədən asılı olaraq 13-16 yaş arası) "Bard" çatbotundan yalnız ingilis dilində istifadə edə bilərlər. Qeyd edək ki, şirkət gələcəkdə yeniyetmələrin istifadəsi üçün başqa dil dəstəklərini də təqdim edəcəklərini bildirib.

AI-dan böyük yenilik! Bu süni intellekt aləti real vaxt rejimində işləyə bilir

Süni intellekt alətləri gün keçdikcə təkmilləşməyə davam edir. Artıq real vaxt rejimində süni intellekt alətindən istifadə etmək mümkündür. "Krea AI" süni intellekt aləti vasitəsilə xəyal gücünüzdən istifadə edərək müxtəlif vizualları real vaxt rejimində canlandıra bilmək mümkün hala gəlib.

“ChatGPT Plus” abunəlikləri müvəqqəti olaraq dayandırılıb

ChatGPT Plus: New Offering to Customers at $20 Per Month -

ChatGPT təəccüblü xəbərlərlə gündəmə gəlib. ChatGPT-nin ödənişli versiyası olan ChatGPT Plus üzvlükləri dayandırılıb. Bunun səbəbinin mövcud istifadəçilərə yüksək keyfiyyətli təcrübə təqdim etməkdən ibarət olduğu bildirilib. Qeyd olunub ki, gözləmə siyahısında olan istifadəçilər məsələ ilə bağlı bildirişlər alacaqlar.

Microsoft "Bing Chat" adını dəyişdi

Microsoft Copilot

"Microsoft"un "Microsoft Ignite" adlı tədbiri baş tutub. Şirkət bu tədbir çərçivəsində süni intellektlə işləyən ən yeni texnologiyalarını elan edib. Tədbirdə eyni zamanda "Bing Chat"ın adının "Copilot" olaraq dəyişəcəyi də açıqlanıb. "Bing Chat"ın adının "ChatGPT" ilə oxşarlıq təşkil etməsi səbəbilə belə bir addım atıldığı qeyd olunub. İstifadəçilər yaxın günlərdə "Bing Chat"a daxil olduqda, "Copilot" adı ilə qarşılaşacaqlar.

Posted 
Nov 16, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All