Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
ABŞ Ədliyyə Nazirliyi “SpaceX” şirkətini məhkəməyə verib
ABŞ Ədliyyə Nazirliyi (DOJ) SpaceX-ə qarşı iddia qaldıraraq, şirkətin qaçqın və sığınacaq axtaranlara qarşı ayrı-seçkilik yaradacaq şəkildə işə qəbul sistemi tətbiq etdiyini iddia edib. Qeyd olunan bu ayrı-seçkilik məsələsinin 2018-2022-ci illər arasında baş verdiyi bildirilib. ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı şirkətdən həmçinin təzminat tələb edib.
Bildirilib ki, SpaceX 2018-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər yalnız ABŞ vətəndaşlarını və qanuni daimi sakinləri işə götürə biləcəyini və bununla da qaçqınların və sığınacaq axtaranların şirkətə müraciət etməsinə mane olduğunu yanlış şəkildə bəyan edib.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, onlar 2020-ci ildə nazirliyin İmmiqrasiya və İşçilərin Hüquqları Şöbəsinə işçilərə qarşı ayrı-seçkiliyə məruz qalması ilə bağlı şikayətlər daxil olduqdan sonra araşdırmaya başlayıblar. ABŞ Ədliyyə Nazirliyi bu iddia ilə yanaşı, SpaceX-də işə qəbul edilməmiş və ya rədd edilmiş sığınacaq axtaran və qaçqınlar üçün əhəmiyyətli təzminat və kompensasiya tələb edib.
Google səsinizi süni intellektə tapşıracaq
Google qarşıdan gələn “Pixel 8” elanı ilə yanaşı “Recorder” proqramında süni intellektlə işləyən ümumiləşdirmə funksiyasını təqdim edəcək. Beləliklə siz qeyd olunan uzun səsləri süni intellekt vasitəsilə qısalda biləcəksiniz. Bununla birgə, “Google Recorder” səs yazısında eyni anda danışan birdən çox şəxsin səsini ayırd etməyə imkan verəcək.
Fast-food restoran şirkəti “Subway” 9.6 milyard $-a satıldı
ABŞ-ın ən böyük fast-food şirkətlərindən biri olan “Subway” 1965-ci ildən bəri fəaliyyət göstərir. Şirkət yüzdən çox ölkədə 44.105 filialı olmasına baxmayaraq fəaliyyətini davam etdirə bilməyib. Bununla da, “Subway” şirkəti dünyanın aparıcı özəl kapital şirkətlərindən biri olan “Roark Capital”a 9.6 miyard dollara satılıb.
Threads-in veb-saytı artıq əlçatandır
Threads platforması indiyə qədər yalnız Android və iOS proqramları vasitəsilə tam şəkildə mövcud idi. Bu vəziyyət bu gündən etibarən dəyişdi. Gözlənilən veb versiyası artıq bir çox ölkədə istifadəyə verildi. Qeyd edək ki, Threads-in hələ də bəzi xüsusiyyətləri yalnız mobil cihazlarda mövcuddur. Məsələn, hazırki versiya ilə Threads istifadəçiləri profillərini redaktə etmək kimi bir sıra işləri veb-saytı üzərindən edə bilməyəcək.
Axır ki, WhatsApp-da HD video dövrü başlayıb
WhatsApp HD fotoşəkillərdən sonra HD video göndərmə xüsusiyyətini işə salıb. Şirkətin mərhələli şəkildə istifadəyə verdiyi HD video göndərmə dəstəyi standart 480P video keyfiyyətini 720P-ə yüksəldəcək. Videonun daha yaxşı versiyasını göndərmək üçün təqdim edilən bu HD versiyanı yuxarı hissədə təqdim edilən HD seçimi ilə işə sala bilərsiniz.