2

021-ci il bir çox ölkənin, eləcə də Türkiyənin illik investment və sövdələşmə saylarında rekordun qırıldığı il idi. Türkiyənin "Daily Sabah" nəşrinə görə keçən il startaplar üçün ən böyük il olub. 2021-ci ildə 1,55 milyard dollar investisiya alınıb. Mələk və vençur kapital fondları topladıqda bu ümumi investisiyaların illik müqayisində 948% artım deməkdir

Məlumatlarda eyni zamanda həmin dövr ərzində bağlanan sövdələşmələrin sayının 47% artdığı göstərilib. Busa ölkənin bir il ərzində yaşadığı maliyyə artımının sürətini bir daha da vurğulamış olur.

İstanbul 2021-ci ildə ən çox maliyyə alan Avropa şəhərləri baxımından 13-cü yeri tutduğu halda, şəhər həmin il maliyyələşdirmə turlarının sayına (218) görə isə dördüncü yeri tutub. Bu da Türkiyə startaplarının həmin il aldığı ümumi məbləğin 1,49 milyard dollar təşkil etdiyi mənasını verir . Bu göstərici ilə İstanbul tarixində ilk dəfə Dubayı keçə bilib və İsrailin Tel-Əvivindən sonra ikinci olub.

Hesabata görə, ümumilikdə, 2021-ci ildə ölkədə 294 maliyyələşdirmə mərhələsi başa çatıb. Türkiyə "Yaxın Şərq və Şimali Afrika" (MENA) regionunda ikinci yerəAvropanın ən çox kapital yığan ilk 10 ölkəsi sırasına daxil edilib.

Ölkənin ən böyük startaplarından biri, ərzaq məhsullarının çatdırılması proqramı olan "Getir" 2021-ci ildə ölkənin startap ekosisteminə qoyulan maliyyənin təxminən 983 milyon dollarını təkbaşına təşkil edib. Elə həmin il o, ən azı 1 milyard dollar dəyərində özəl şirkətə çevrildi.

"PYMNTS" hesabatına görə, "Getir" yalnız Türkiyədə aylıq 5 milyondan çox sifariş yerinə yetirib. Və öz ölkəsindən kənarda şirkət Amsterdam, Paris, Berlin, Madrid və Barselonada fəailiyyət göstərməkdədir. Bu yaxınlarda Britaniyada Rəqibi "Weezy"ni alan "Getir" Böyük Britaniyadakı satışlarını da artırıb.

Keçən ilin noyabr ayında Nyu-Yorkda 10 dəqiqəlik market alış-verişi xidmətini təqdim etdən "Getir" ABŞ bazarına da ilk girişini etmişdi.

Hal hazırda 7,7 milyard dollar dəyərində qiymətləndirilən şirkət qarşıdan gələn maliyyələşdirmə raundlarının hesabına dekatlon (10 milyard dollar dəyərində olan şirkət) şirkət də ola bilər.

"Daily Sabah"ın hesabatına görə, "Getir"in ölkəyə gətirdiyi vəsaiti hesaba qatmasaq belə, Türkiyə startaplarına qoyulan kapitalın ümumi məbləği (569 milyon dollar) əvvəlki illərdən daha yüksəkdir, bu da illik müqayisədə 284% artım deməkdir.

Mobil oyun şirkəti "Dream Games"də keçən il "unicorn" oldu və topladığı 205 milyon dollarla ölkənin rekord məbləğdə pul yığımına əhəmiyyətli töhfə verdi.

Yeni İlə bir ay qalmış, oyun firması investorlardan 255 milyon dollar cəlb etdiyini və dəyərini demək olar ki, üç dəfə artıraraq 2,75 milyard dollara çatdırdığını elan etmişdi.

Posted 
Jan 27, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All