Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elon Musk Tesla-nın sərfəli elektrik avtomobilləri istehsal edəcəyini açıqlayıb

Tesla Robotaxi concept shown in new Musk biography

Elon Musk bildirib ki, şirkət bu ilin sonunda olmasa, 2025-ci ilin əvvəlində yeni və daha sərfəli modelin istehsalına başlayacaq. Məsələ ilə bağlı Musk daha əvvəl 2025-ci ilin sonuna işarə etmişdi. Yeni açıqlama ilə şirkətin bu sahədə daha sürətli addımlar atdığını görmək olar.

Adobe yeni süni intellekt alətini təqdim etdi!

VideoGigaGAN tətbiqi ilə Adobe heç bir titrəmə və təhrif olmadan videoların təsvir ölçüsünü artıra biləcək. Paylaşılan videolardakı nəticələr gözləntilərə cavab verir. Videolarda rənglərin daha canlı, detalların daha çox önə çıxdığını deyə bilərik ki, bu da video sənayesində bütün istifadəçilərin marağına səbəb olacaq bir tətbiq olacağına işarədir.

“Toyota” 2023-cü maliyyə ilində rekord sayda avtomobil istehsal edib

Official Toyota Website | New and Used Cars | Toyota UK

"Toyota Motor” 2023-cü maliyyə ilində (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) ümumilikdə 9,97 milyondan çox avtomobil istehsal edib və bu da şirkət üçün rekord göstəricidir. Məlumata görə, 2022-ci maliyyə ili ilə müqayisədə istehsalın həcmi 9,2 % artıb. Bununla belə, şirkət hədəflədiyi göstəriciyə, yəni 10,1 milyon nəqliyyat vasitəsinin istehsalına nail ola bilməyib.

“Toyota Motor” 2023-cü maliyyə ilində dünya üzrə 10,3 milyondan çox avtomobil satıb. Bu da korporasiya üçün rekord göstərici olub. Satış həcmi əvvəlki illə müqayisədə 7,3 % artıb. Bu, ABŞ, Avropa İttifaqı ölkələrində və Yaponiyada sabit tələbatla bağlı olub. Digər tərəfdən, ən böyük avtomobil bazarı olan Çində satışlar azalıb.

İnsanabənzər robotların buraxılış tarixi açıqlanıb

Tesla Optimus could start selling externally by 2025

Elon Musk qeyd edib ki, insanabənzər robot “Optimus” hələ də “Tesla”nın laboratoriyasında sınaqdan keçirilir. Bununla belə, robotlar gələn ilin sonunda buraxılmağa hazır ola bilər. Musk investorlara 2024-cü ilin sonuna qədər “Optimus” robotlarının “Tesla” zavodunda bəzi vəzifələri yerinə yetirməyə başlaya biləcəyinə inandığını vurğulayıb.

Bundan əlavə, insanabənzər robotlar hazırlayan şirkətlərə “Hyundai Motor” ilə tandemdə “Honda” “Boston Dynamics” də daxildir. Bundan əlavə, “Fig” startapı 2024-cü ildə analoji planlarını açıqlayıb – şirkət avtomobil istehsalçısı “BMW” ilə əməkdaşlıq edərək insanabənzər robotlar hazırlamaq niyyətindədir.

NASA Voyager 1 ilə əlaqəni bərpa edə bilib

NASA's Voyager 1 spacecraft finally phones home after 5 months of no  contact | Space

NASA Voyager 1 kosmik gəmisi ilə yenidən əlaqə saxlamağı rəsmi olaraq bacarıb. Keçən ilin noyabr ayından bəri əlaqənin kəsildiyi kosmik gəmiyə girişin bərpası böyük həyəcanla qarşılanıb. Qeyd edək ki, Voyager kosmik gəmiləri indiyə qədər ən uzaq məsafəyə çatan kosmik gəmilər olaraq tarixə düşüblər.

Posted 
Apr 25, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All