Hyundai elektrik avtomobillərinə “saxta” mühərrik səsi əlavə edir
Hyundai öz elektrik avtomobillərinə "saxta" mühərrik səsi funksiyasını əlavə edir. Hyundai benzin mühərrikinin səsini imitasiya etmək üçün avtomobilin içərisinə və çölünə 10 səs gücləndirici qoyub. “N Active Sound+” adlanan bu xüsusiyyət elektrik avtomobilinə benzin mühərrikinin səsini gətirmək üçün nəzərdə tutulub.
Threads ciddi bot problemləri ilə üzləşir
Instagram əsaslı Threads bu günlərdə bot problemi ilə gündəmdədir. Instagram rəhbəri Adam Mosseri-nin sözlərinə görə, tətbiq botların və spam mesajların hücumu altındadır. Vəziyyət ciddiləşdiyinə görə tətbiqdə bəzi məhdudiyyətlər qoyulmağa başlanıb.
13 yaşlı qızın ixtirası NASA-nın diqqətini çəkib
NASA 13 yaşlı pakistanlı Bisma Salangi-ni nailiyyətlərinə görə ABŞ-a dəvət edib. O, sürücülərin sükan arxasında yatmasının qarşısını almağa kömək edən unikal eynək dəsti hazırlayıb. Bu eynəklərin məqsədi yol qəzalarının azalmasını təmin etməkdən ibarətdir. Yerli xəbər şəbəkəsinə verdiyi müsahibədə Bisma Salangi pakistanlıların istedadlarını və qeyri-adi şeylərə nail olmaq üçün əzm və qətiyyətin dəyərini vurğulayıb.
Tesla artıq günəşdən birbaşa enerji yığa biləcək
Tesla müştəriləri üçün diqqətəlayiq bir iş görüb. Tesla şirkəti elektrik avtomobillərini birbaşa günəş enerjisi ilə doldurmağa imkan verən yeni xidmət təqdim edib. "Charge of Solar" adlı yeni xüsusiyyət həm elektrik enerjisi xərclərini, həm də karbon izini azatlmaq üçün nəzərdə tutulub. Qeyd edək ki, Avropa İttifaqının (Aİ) elektrikli avtomobillərə süni mühərrik səslərinin əlavə edilməsi ilə bağlı qaydaları mövcuddur. 2014-cü ildə Avropa İttifaqı aşağı sürətlə hərəkət edərkən piyadaların təhlükəsizliyini yaxşılaşdırmaq üçün elektrik və hibrid avtomobillərin süni səs istehsal etməsini məcbur edən qanun qəbul etmişdi. Bu tənzimləmə "Acoustic Vehicle Alerting System" (AVAS) adlanır.
Samsung "SeeColors" rejimini rəng görmə qabiliyyəti zəif olanlar üçün elan etdi
Samsung 2023 model televizor və monitor seriyasına “SeeColors” rejimini əlavə etdiyini açıqladı. Yeni əlçatanlıq funksiyası rəng görmə pozğunluğunun dərəcəsi və növünə görə müxtəlif rəng parametrləri etməyə imkan verir. “SeeColors” rejimində istifadəçilər 9 seçim içərisində onlara ən uyğun olanını təyin edə biləcəklər.
Reddit istifadəçilərin köhnə mesajlarını silib
Reddit yeniləməsi ilə birlikdə istifadəçilərini təəccübləndirən yeni qərar qəbul edib. Sosial media tətbiqi son yeniləmədə yanvarın 1-dən əvvəlki bütün mesajları silib. Bu qərarın səbəbinin yeni dizayn edilmiş infrastruktura sürətli keçid etmək olduğunu bildirən Reddit, 1 yanvar 2023-cü ildən sonra göndərilən mesajları qoruyacaqlarını bildirib.