Bluesky Twitter-dən gələnləri qarşılaya bilməyib
Elon Musk bir çox insanın qarşılaşdığı “istifadə limiti aşıldı” xəbərdarlığı ilə ChatGPT kimi sistemlərin təlimi üçün Twitter məlumatlarından istifadənin qarşısını almağa çalışır. Lakin bu hal istifadəçilər tərəfindən qətiyyən xoş qarşılanmır. Buna görə də bir çox insan alternativ axtarmağa başladı və ilk ağıla gələn Jack Dorsey-in Twitter-ə rəqib proqramı Bluesky oldu. Tətbiq, Twitter-dən gələn gözlənilməz sayda yeni insan səbəbiylə ciddi server problemləri yaşayıb. Həm iOS, həm də Android-də mövcud olan proqram pulsuz yüklənə bilər, lakin hələ də hər kəs üçün əlçatan deyil.
Yeni AirPods Pro ilə temperaturunuzu ölçə biləcəksiniz!
Bildirilir ki, Apple-ın üzərində işlədiyi yeni AirPods istiliyinizi ölçə bilir. Əslində, daxili temperatur sensoru şirkətin Watch Series 8 və Watch Ultra ilə təqdim etdiyi xüsusiyyətlərdən biri idi. Temperatur sensoru qulaq kanalından biləklərə nisbətən daha dəqiq məlumat əldə edə bilər. Bu da, cihazı qızdırma ölçmək üçün uyğun hala gətirir.
Samsung-un yeni ağıllı saatları təsdiqləndi
Samsung qarşıdan gələn Unpacked tədbirində yeni avadanlıqlarını təqdim edəcək. Yeni qurğular arasında Galaxy Watch 6 modeli də var. Təqdimatdan bir qədər əvvəl markanın yeni smart saatları Google tərəfindən təsdiqlənib. Galaxy Watch 6 seriyasının Galaxy Watch 4 seriyasının dizaynını saxlayacağı gözlənilir.
NASA-nın Mars helikopteri nəhayət zəngə cavab verdi
NASA-nın Ingenuity Mars helikopteri, çətin Mars relyefinə görə rabitə kəsilməsinə baxmayaraq, 52-ci uçuşunu uğurla başa vurub. “Perseverance“ roveri ilə arasındakı siqnalı bloklayan bir təpə səbəbindən müvəqqəti bir kəsinti baş vermişdi. Buna baxmayaraq, helikopterlə əlaqə, 28 iyun tarixində yenidən qurula bilib.
Far Cry 1-in orijinal mənbə kodu internetə sızıb
“Crytek” tərəfindən hazırlanan Far Cry-nin ilk oyununun orijinal mənbə kodları internetə sızıb. Far Cry 1-in mənbə kodunun sızmasından sonra bir çox insan oyunu öz modifikasiyaları ilə yenidən hazırlamaq imkanı əldə edib. Oyun moderatoru Vinicus Medeiros tərəfindən Twitter-də paylaşılan mənbə kodları daha sonra Reddit kimi platformalarda yayılmağa başlayıb.