V

əziyyət “ruscadır”: Avropada “iPhone”lara qadağa qoyula bilər!

“Apple” “ iPhone 15” seriyasında Type-C şarj cihazından istifadə etməyə başlayacaq. Hərçənd bu fikir Avropa İttifaqının o qədər də xoşuna gəlməyib. Onlar “Apple”ın, Aİ-nin vahid şarj cihazı qaydasını pozduğunu söyləyib. “Apple” Avropa Birliyinin Type-C şarj cihazı qaydasını qarşıdan gələn “iPhone 15” seriyasında tətbiq etsə də, o, müştərilərin aksesuar məhsulları üçün də onlara sadiq qalmalarını istəyir.

Bu səbəbdən, “Apple”cihazlara MFI kimi bilinən lisenziyalı məhsulları tanımağa imkan verəcək. Son bir neçə ayda sızan xəbərlər də “Apple”ın bu addımı atacağını təsdiqləyir. Nəticədə, “Apple”ın MFI lisenziyası olmayan Type-C kabelləri “iPhone”ları sürətli doldura bilməyəcək. O həmçinin məlumat ötürülməsini USB 2.0 səviyyəsinə endirəcək.

50 il sonrakı həsrət bitir: NASA insanların daxil olduğu ay missiyası üçün tarix təyin etdi!

NASA “II Artemida” missiyası üçün dörd astronavt elan edib. 2024-cü ildə yola düşəcək bu raketlə birlikdə 50 illik həsrət də sona çatacaq. NASA tərəfindən “II Artemis” ekipajı açıqlandı. Müvafiq olaraq, Reyd Visman, Viktor Qlover, Kristina Hemmok Kox və Kanadanın CSA kosmik agentliyindən Ceremi Hansen komandaya daxil edildi.

Qeyd edək ki, bu ekipaj “Orion MPCV” kosmik gəmisi vasitəsi ilə Aya aparılacaq. Uçuşun 10 gün davam edəcəyi bildirilir.

Yeni Zelandiyadan sonra Avstraliya da rəsmi cihazlarda “TikTok”u qadağan edir

Avstraliya rəsmi cihazlarda “TikTok”u ban edən qərb ölkələrinin də daxil olduğu uzun siyahıya öz adını yazdırıb. Baş prokuror Mark Dreyfus bu xəbəri açıqlayıb və qadağanın mümkün qədər tez həyata keçiriləcəyini söyləyib. O öz açıqlamasında bu qərarın kəşfiyyat və təhlükəsizlik orqanlarından məsləhət aldıqdan sonra verildiyini bildirib. Bu barədə Dreyfus öz “Twitter” hesabında da post paylaşıb:

“Tesla” əyləc probleminə görə 35 “Semis” avtomobilini geri çağırır

Şirkət bu yaxınlarda tədarük etməyə başladığı elektrik yük maşınları üçün geri çağırma prosesinə başlayır. Onların müştərilərə təhvil verdiyi 35 “Semi”nin elektron park əyləci ilə bağlı problemi olduğu deyilir. Bildirilir ki, “Tesla Bendix” tərəfindən təchiz edilmiş elektron park əyləci klapanında (PVM) yaranan nasazlıq səbəbindən elektrik yük maşınlarını geri çağırmalı olub.

Geri çağırma bildirişinə əsasən, nasaz modul əyləci basıldıqda, park vəziyyətinə daxil ola bilməyəcək və bu, yük maşınının sürüşməsinə səbəb ola bilər hansı ki, bu da ciddi qəzalara səbəb ola bilər.

 “McDonald's” da qlobal ixtisar dalğasına qoşulur

Texnologiya və pərakəndə satış şirkətlərindən sonra “fast food” şəbəkəsi də işçiləri ixtisar etməyə başlayıb və bu dalğa “McDonald's”a da çırpılmaqdan boyun qaçırmayıb. Şirkət  personal sayını azaldacağını açıqlayıb, hətta bəzi şöbələr artıq evdən işləməyə başlayıb. Keçən il kriptovalyuta itkilərindən sonra sosial mediada insanların sevincinə səbəb olan tendensiya başlamışdı. “McDonald's” da bu tendensiyaya qoşularaq, "Necəsiniz, kripto hesabı adminləri?" kimi ifadələrdən istifadə etdi və kriptovalyutalar üçün bir növ yaşıl işıq yandırdı. Amma restoranlar şəbəkəsinin ixtisarlara olan hazırlığı "Kripto dilerləri üçün başqa bir qapı bağlanırmı?" suallarını da düşünməyə vadar edir.

“ChatGPT” üçün həyəcan zəngləri çalınır! AI aləti Avropada qadağan edilə bilər

Bir neçə gün əvvəl İtaliya məlumat təhlükəsizliyi ilə əlaqədar “ChatGPT”ni qadağan etmişdi. Görünür, digər ölkələr, xüsusilə də Almaniya da süni intellekt "chatbotu"nu diqqətlə araşdırıb.  Almaniyanın Məlumatların Mühafizəsi və İnformasiya Azadlığı üzrə Federal Müvəkkili Ulrix Kelber, İtaliyanın qəbul etdiyi qərarla bağlı əlavə məlumat tələb etdiyini söyləyib. Kelber “ChatGPT”nin mümkün qadağası haqqında "Prinsipcə, Almaniyada belə bir halın yaşanması mümkündür" deyib.

Almaniyadan başqa Fransa və İrlandiya da məlumat təhlükəsizliyi ilə əlaqədar lazımlı informasiyaları əldə etmək üçün İtaliya  ilə əlaqə saxlayacaqlar.

“Nike”dan xüsusi günlər üçün hazırlanmış atlet geyimləri

Sızma ilə bağlı narahatlıqların qarşısını almaq üçün “Nike” qadın idmançılar üçün ilk menstruasiya məhsulu olan “Nike One Leak Protection” xüsusi menstrual geyimini təqdim edib. “Nike One Short” seriyasının bir hissəsi olaraq hazırlanan, sızmaya qarşı effekti olan, xüsusi menstrual şortlar, ilk dəfə 2023 Qadınlararası Dünya Kubokunda mübarizə aparacaq 13 komandanın idmançıları tərəfindən iki fərqli ölçü variantı ilə istifadə ediləcək.

Qalib gəlməyə mane olmasa da, sancı və ya yorğunluq kimi əlamətlərlə müşayiət olunan menstrual dövrlər idmançıların performansına təsir edə bilər. Qeyd edək ki, xüsusi olaraq hazırlanan bu geyimlər vasitəsilə idmançılar daha rahat şəkildə hərəkət edə biləcəklər.

“CS:GO” “Case Counter-Strike 2” xəbərindən sonra rekord qırır

“Counter-Strike 2”nin elanından sonra “CS:GO” oyunundakı sandıqların açılış sayında rekord qırılıb. Məlumata görə, ötən ay ümumilikdə 39,5 milyon sandıq açılaraq və bu bir rekorddur. “Valve” ötən həftələrdə oyun dünyasına bomba kimi düşən bir açıqlama ilə “Counter-Strike 2”nin rəsmən təqdim olunacağını bildirmişdi. Verilən açıqlamada oyunun “CS:GO”ya ödənişsiz bir  yeniləmə olaraq yaz aylarında gələcəyi bildirilmişdi.

Təbii ki, bu vəziyyət “CS:GO”ya da təsir edib, hansı ki, yeniləmə elan edildikdən sonra oyunçu rekordunun qırıldığına şahid olduq.

Posted 
Apr 4, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All