Uşaqlar üçün təhlükəlidir? "Süni İntellektli" oyuncaqlar gəlir

VTech Holdings-in baş direktoru Allan Wong süni intellektin çox yaxında oyuncaq dünyasına uyğunlaşacağını qeyd edib. Wong-un sözlərinə görə, bu oyuncaqlar valideynlər tərəfindən fərdiləşdirilən hekayələr yarada biləcək. Bu, həm də uşaq haqqında şəxsi məlumatlardan istifadə edərək onun təhsilinə töhfə verə biləcək. Uşaqlarla "danışa" bilən süni intellektli oyuncaq ayılar 2028-ci ildə təqdim olunacağı düşünülür.

"Amazon"dan Hindistana əlavə 15 milyard dollarlıq daha yatırım

Amazon, növbəti 7 il ərzində Hindistana investisiyalarını 2 dəfə artırmağı planlaşdırdığını bildirdi. Şirkət bu həftə Baş nazir Narendra Modi ilə görüşdən sonra Cənubi Asiya bazarı ilə bağlı öhdəliklərini artıran digər aparıcı Amerika nəhəngləri siyahısına qoşuldu. Yeni kapitalın çoxunun Hindistanda AWS genişləndirilməsi üçün nəzərdə tutulduğu təxmin edilir. Amazonun qlobal rəqibi olan Walmart da bu il Hindistanda 2,5 milyard dollardan çox pul xərcləyib.

Avtomobillərdə texnologiya və keyfiyyət tərs mütənasibdir?

İstehlakçı araşdırma şirkəti keyfiyyətin davamlı aşağı düşməsini yeni avtomobillərdə texnologiyanın daha çox istifadəsi ilə əlaqələndirir. J.D. Power-in avtomobil müqayisəsi üzrə baş direktoru Frank Hanley bildirib ki, "Avtomobil sənayesi çeşidli keyfiyyət problemləri ilə üzləşir".  Hanley əlavə edib ki, hər bir istehsalçının necə irəliləyəcəyini seçməsi onun gələcəyi üçün həlledici rol oynayacaq.

iPhone 15 daha tez elan ediləcək?

Apple-ın istehsala kifayət qədər erkən başlamaq qərarı texnologiya dünyasını maraqlandırıb. Əvvəlki modellərdə tədarük çatışmazlığının qarşısını almaq üçün iPhone 15, istehsal edilməyə başlanılıb. Şirkət yeni modellər üçün “olduqca optimistdir” və həm iPhone 13, həm də iPhone 14-ün satış göstəricilərini üstələyəcəyini gözləyir. İlk məhsulların iyulda hazır olacağı bildirilir.

Bu velosipedlər ilə telefonsuz yeri bildirmək mümkün olacaq

Velosiped istehsalçısı Veloretti yaya öz kolleksiyasını Electric Two Range ilə genişləndirərək daxil oldu. Kolleksiyaya “Ivy”“Ace” adlı 2 elektrikli velosiped modeli daxildir. Estetik və müasir dizaynı bir yana, o, sürücülərə dünyada ilk dəfə “Təhlükəsizlik monitorinqi” funksiyasını təmin edir. Velosipedlər daha hamar sürüş təcrübəsini təmin edən yeni ağıllı texnologiya xüsusiyyətləri ilə təchiz edilmişdir. Kolleksiya uğurunu bu il Red Dot-da aldığı mükafatla sübut etdi. 

Posted 
Jun 26, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All