he New York Times OpenAI və Microsoft-a qarşı iddia qaldıraraq, onların işlərinin icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə pozulduğunu iddia edib.
Nyu-York məhkəməsində açılan iddiada “The New York Times” qəzetində dərc olunan milyonlarla məqalənin çatbotların hazırlanması üçün istifadə edildiyi iddia edilib.
Beləliklə, The New York Times, ChatGPT və digər məşhur süni intellekt platformalarının tərtibatçısı olan şirkətləri müəllif hüquqları ilə bağlı məhkəməyə verən ilk böyük media təşkilatı olub.
The New York Times tərəfindən edilən şikayətdə cavabdehlərin qəzetin əsərlərinin "qanunsuz surətdə kopyalanması və istifadəsi" ilə bağlı "milyardlarla dollarlıq qanuni və faktiki ziyana görə" məsuliyyət daşıması lazım olduğu bildirilib.
Qəzetin şikayətində deyilir:
“Əgər “The New York Times” və digər xəbər təşkilatları müstəqil jurnalistikasını istehsal edib qoruya bilməsələr, heç bir kompüter və ya süni intellektin doldura bilməyəcəyi boşluq yaranacaq”.