T

aylandlı bir nəfər “ChatGPT” sayəsində  lotereya qazandı

Taylandlı bir texnologiya həvəskarı “ChatGPT” tərəfindən ona verilən nömrələrlə lotereya qazandığını söyləyib. Botun şans oyununun nəticələrini belə düzgün təxmin etməsi internetdə tez bir zamanda səs salıb. “OpenAI”nin məşhur “chatbot”u olan “ChatGPT” bu dəfə yeni bir ssenari ilə gündəmə gəlib. Tayland sosial mediasında yayılan videoda Pathavikorn Bonrin adlı texnologiya həvəskarı süni intellektin köməyi ilə lotereyada qalib gəldiyini iddia edir.

Taylandın Ubon Ratchathani şəhərində yaşayan Boonrin “ChatGPT”dən bir sıra hesablamalar apararaq onun üçün uduşlu lotereya nömrələrini təxmin etməsini istəyib. O bunun üçün “chatbot”dan bir neçə fərziyyə etməsini istəyib və son onillikdə qazanılan nömrələrin tarixi statistikasına baxıb. “Chatbot”un təqdim etdiyi nömrələr Boonrinə pul qazandırsa da, bu, o qədər də böyük məbləğ deyil. O süni intellektin proqnozu sayəsində cəmi 2000 Tay bahtı (59 dollar) qazana bilib.

“Google” artıq biz tanıdığımız "Google" olmayacaq: AI bura da gəldi!

“OpenAI”ə on milyardlarla dollar sərmayə qoyduqdan sonra “Microsoft” “ChatGPT”ni gücləndirən GPT-4 modelini “Bing”ə əlavə etmişdi. Bu süni intellekt yarışının aşkar qalibi “Microsoft Bing” olduğunu nəzərə alsaq, “Google”un da süni intellekt müharibəsinə hazırlaşdığını qeyd edə bilərik.“The Wall Street Journal”a verdiyi müsahibədə baş icraçı direktor Sundar Piçayi “Google”da süni intellektin necə işləyəcəyi barədə məlumat verib.

Bildiyimiz kimi, keçən ilin sonunda “ChatGPT” buraxıldıqdan sonra “Google” bu süni intellekti öz biznesi üçün real təhlükə kimi görmüş və qırmızı kod elan etmişdi. Görünür şirkət ciddi-ciddi mübarizə aparacaq.

Ceyms Veb Uranın çəkilmiş ən aydın fotosunu paylaşıb

Halqaları görüb, aldanmayın, şəkildəki Saturn deyil. Ceyms Vebin bu görüntüsündə planetdəki parlaq ləkələr atmosferdəki buludlardan yaranır. Ancaq bu nöqtələr təsvirin ən maraqlı hissəsi deyil, daha böyük şəkildə görünə bilən ağ sahə bu şəkili daha da maraqlı edir. Bu ağ sahə planetin tamamilə buzla örtülmüş hissəsidir. Ceyms Veb sayəsində biz bu ərazini tarixdə ilk dəfə bu qədər aydın görə bilirik.

Maraqlıdır ki, bu ərazi birbaşa günəş işığında görünsə də, planetin payız mövsümü gəldikdə yox olur. Vebin əldə etdiyi məlumatlarda olan sirri aydınlaşdıracağı gözlənilir.

“Twitter Blue” istifadəçiləri platformada 50 faiz daha az reklam görəcəklər

Hazırda “Twitter Blue” istifadəçiləri ana ekranlarında həm "Sizin üçün" həm də "İzlədikləriniz" hissələrində daha az reklam görürlər, görünür bu funksiya artıq  aktiv edilib. Şirkət həmçinin bildirib ki, reklamların yarıya endirilməsi yalnız abunəçinin profilinə baxıldıqdan və təsdiq işarəsini aldıqdan sonra qüvvəyə minə biləcək. “Twitter” ödənişli abunəçilərin yayımlarında reklamları azaltdığını iddia etsə də, insanların həqiqətən daha az reklam görüb-görmədiyini sübut etmək o qədər də asan olmayacaq.

Ofislər üçün “yeriyən” iclas otağı

Bütün işçilər üçün də elə bu lazım idi. Fizioterapevt və keçmiş peşəkar tennisçi Quido Buman və Mathiys Verdam tərəfindən yaradılan “Walking Room” iş üçün çox hərəkət edə bilməyən insanların sağlamlıqlarını qorumaq  məqsədi ilə yaradılmışdır. Hər zaman oturaraq işləməyi siqaret çəkmək qədər zərərli hesab edən bu təşəbbüsün qurucuları araşdırmalardan sonra həyata keçirilən və iş dünyasında ilk dəfə Amsterdamdakı “Edge Stadium” binasına tətbiq edilən gəzinti otağını genişləndirməyi hədəfləyirlər. Ümid edirik ki, bu hədəfin oxu bizə də dəyəcək.

Təkrar emal edilmiş cins parçalardan nəhəng divar rəsmləri

Rəssam Lan Berri ilə əməkdaşlıq edən Levi Strauss & Co. Milan şəhərində, dizayn həftəsində təkrar emal edilmiş “Levi's 501”dən hazırlanmış nəhəng divar rəsmlərini nümayiş etdirməyə hazırlaşır. 10 metr eni və 4 metr hündürlüyündə olan nəhəng parça - divarın rəsmləri Milan Universitetinin, şəhərin ən simvolik binalarından biri olan “Via Festa del Perdono”dakı tarixi “Ca' Granda” kampusunda keçiriləcək “Design Re-Evolution” sərgisinin bir hissəsi olacaq.

Sürücüsüz taskilər Dubayda işə başlayır

2030-cu ilə qədər ictimai nəqliyyat infrastrukturunun bir hissəsinə çevrilməsi planlaşdırılan 4000 sürücüsüz taksinin Dubay hakimiyyəti tərəfindən işə salınması planlaşdılır. Bu haqqda məlumatı Dubay Yollar və Nəqliyyat İdarəsi çatdırıb. Bildirilir ki, təşkilat prosesin yerinə yetirilməsi üçün sürücüsüz avtomobil istehsalçısı “Cruise” ilə əməkdaşlıq edəcək. Həmçinin idarədən, sürücüsüz kommersiya nəqliyyat vasitələrinin tətbiqi tıxacları, yol qəzalarının sayını və zərərli tullantılarının azaldılması barədə də məlumat verilib.

“PAŞA Bank” gənclər üçün növbəti öyrənmə marafonu!

Hər zaman gənclərin inkişafına töhfə verən və ölkənin aparıcı korporativ maliyyə instutu olan “PAŞA Bank” bu dəfə də bu təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Adı çəkilən bank, “DevZone” adlı bu öyrənmə marafonunu kompüter elmləri və proqramlaşdırma sahəsi üzrə ixtisaslaşmış ali məktəb məzunları və son kurs tələbələri üçün keçirməyi planlayır. Həmin marafon çərçivəsində iki ay müddətində “back-end” proqramlaşdırma üzrə təlimlərin və mentorluq sessiyalarının təşkil olunması nəzərdə tutulur.

Posted 
Apr 7, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All