Məzmun xülasəsi funksiyası Google Chrome-a gəlir
Google Chrome süni intellektə əsaslanan ümumiləşdirmə funksiyasını təqdim etdi. Yeni xüsusiyyət insanlara açılan internet səhifələrindəki mətnləri saniyələr ərzində ümumiləşdirməyə imkan verəcək. Vaxta qənaət etmək məqsədilə hazırlanan bu sistem irəliki zamanlarda bir çox dildə və ölkədə aktiv şəkildə istifadə olunacaq.
“StartUp Wise Guys Global Pre-revenue” proqramına qəbul başlayıb
Startapınızın gəlirlilik modelini təkmilləşdirməyi hədəfləyirsinizsə, “StartUp Wise Guys Global Pre-revenue” proqramına müraciət edə bilərsiniz. Unikal nəzəri və praktik biliklərlə zəngin proqrama 15 ən perspektivli startap komandası seçiləcək. Təlim müddətində innovativ düşüncənizi doğru yöndə istiqamətləndirəcək və dayanıqlı gəlir modeli yaratmağı təşviq edəcək təməl bilgiləri əldə edəcəksiniz. Qalib komandanı “SABAH.HUB”da akselerasiya və mentorluq fürsəti gözləyir. Müraciət üçün son tarix 31 avqust olaraq qeyd olunub.
Google-un süni intellekti “Gemini” rəqiblərini geridə qoya bilər
“Gemini” Google-un güclü alqoritmləri və süni intellekt texnologiyası ilə hazırlanmış bir layihədir. “Gemini”nin əsas məqsədi istifadəçilərə daha effektiv nəticələr və rəqəmsal dünyada daha ağıllı və fərdiləşdirilmiş təcrübələr təqdim etməkdir. İstifadəçilərin ehtiyaclarını daha yaxşı başa düşmək və qarşılamaq qabiliyyəti ilə “Gemini” süni intellekt sahəsində Google-un liderliyini daha da möhkəmləndirə bilər.
Lamborghini ilk elektrikli avtomobili üçün yeni video paylaşıb
Lamborghini qarşıdan gələn yeni elektrik avtomobil modeli üçün bir video paylaşdı və avtomobilin təqdim ediləcəyi tarixi açıqladı. 18 avqustda haqqında məlumatların bölüşüləcəyi gözlənilən elektrik avtomobilinin istehsalına 2028-ci ildə başlanacağı gözlənilir.
iPhone 15 Pro-nun görüntüsü sızdırılıb
Keçən il 4 fərqli modeldən ibarət olan iPhone 14 seriyasının satışa çıxarılmasından sonra yeni iPhone modelləri maraqla gözlənilməyə başlandı. Bu yaxınlarda iPhone 15-in USB-C giriş şəkilləri sızdırıldı. İndi isə çoxdan gözlənilən iPhone 15 Pro-nun görüntüləri ortaya çıxıb. "Majin Bu" adlı X (Twitter) istifadəçisi yeni iPhone modelinin maket şəkillərini paylaşıb.
OpenAI “Global Illumination” şirkətini satın alıb
Global Illumination yaradıcı alətlər, infrastruktur və rəqəmsal təcrübələr yaratmaq üçün süni intellektdən istifadə edən bir şirkətdir. Bu mövzuda OpenAI rəsmi olaraq bildirib: “OpenAI Global Illumination şirkətini satın alır. Bütün komanda ChatGPT daxil olmaqla inkişaf etdirdiyimiz əsas məhsullar üzərində işləmək üçün OpenAI-ə qoşulur. Daha əvvəl Instagram və Facebook üçün məhsullar hazırlayan və inkişaf etdirən komanda YouTube, Google, Pixar, Riot Games və digər mühüm şirkətlərə də əhəmiyyətli töhfələr verib. Biz onların OpenAI-a göstərəcəyi təsir üçün çox həyəcanlıyıq”.
Elon Musk X-in daha bir xüsusiyyətini ödənişli edib
Görünür, X-dən (Twitter) istifadə etmək hər gün daha da çətinləşir. Əvvəllər bəzi funksiyaları X Premium-a (Twitter Blue) daşıyan şirkət indi X Pro ( TweetDeck ) xidmətini ödənişsiz etməyi dayandırıb. Elon Musk X Pro-dan istifadəni abunə əsaslı sistemə keçirib. Məzmun yaradıcılarının istifadə etdiyi X Pro indi yalnız X Premium sahibləri üçün əlçatandır.
Twitch streamerlər üçün yeni funksiya üzərində işləyir
Qaydalar baxımından daha sərt bir yol izləyən platforma, streamerlər tərəfindən bloklanan istifadəçilərin yayımı izləməyə davam etməsinin qarşısını alacaq. Hələ sınaq mərhələsində olan və yalnız bir neçə streamer tərəfindən istifadə edilən bu funksiya sentyabr ayından etibarən bütün streamerlər üçün əlçatan olacaq.