Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Qarabağ Beynəlxalq Radiosu fəaliyyətə başlayır

Qarabağda AzTV QSC-nin Beynəlxalq Radiosu fəaliyyətə başlayır. Qarabağın dirçəlişinə dair ən son və fərəh doğuran xəbərlər azərbaycanca, türkcə, farsca, rusca, ərəbcə, kürdcə, ləzgi, talış və ən nəhayət ermənicə yayımlanacaq.

“IP təhlükəsizlik” funksiyası Chrome-a gəlir

Google Chrome: 13 top tips and tricks for the desktop browser

Google Chrome-a faydalı hesab olunacaq "IP Protection" funksiyası gəlir. Google sınaq mərhələsinə başladığı "IP Protection" xüsusiyyəti ilə istifadəçilərin IP ünvanlarını qorumağı hədəfləyir. Bununla da, istifadəçi məxfiliyini təmin etməyi planlaşdırır. ABŞ-da başlayan sınaqların gələcəkdə digər ölkələrə də gətiriləcəyi gözlənilir.

Yeni iPad modelləri üçün tarix müəyyənləşdi

Apple unveils new iPad Pro with M1 chip and stunning Liquid Retina XDR  display - Apple

Keçən həftə Apple-ın yeni iPad modellərinin gəlməsi gözlənilirdi, lakin bu gözlənti baş tutmadı. Mark Qurmanın sözlərinə görə, Apple hazırda 2024-cü il üçün yeni iPad-ləri təqdim etməyi planlaşdırır. Məlumat tam olaraq dəqiq olmasa da, yeni “Air” və yeni “Mini” modelləri mart ayında təqdim oluna bilər.

Instagram yeni stiker sistemini sınaqdan keçirməyə başlayıb

A demonstration of Instagram's sticker creation tool showing a French bulldog selected as a sticker

Instagram tezliklə istifadəçilərə telefonlarındakı şəkillərdən fərdi stikerlər yaratmağa imkan verəcək. Yeni funksiya sayəsində fotodakı obyekt aşkarlanacaq və şəkildəki arxa fon avtomatik olaraq silinəcək. Yaradılmış stikeri asanlıqla başqa bir yazının üstünə yerləşdirmək mümkün olacaq.

Hyundai və Samsung arasında “batareya” müqaviləsi imzalanıb

Samsung SDI inks a 7-year battery deal with Hyundai Motor - SamMobile

Bu iki nəhəng şirkətin 7 illik batareya müqaviləsi imzaladığı açıqlanıb. "Samsung SDI" ilə müqavilə çərçivəsində Hyundai-nin gələcək tam elektrik avtomobillərinə akkumulyatorlar tədarük ediləcək. Qeyd edək ki, müqavilə çərçivəsində əsas diqqət Avropada istehsal olunan avtomobillərə veriləcək.

Apple bu ayın sonunda yeni Mac kompüterlərini təqdim edə bilər

iMac gets a 2x performance boost - Apple

Apple analitiki Mark Qurmanın sözlərinə görə, Apple bu ayın sonunda yeni Mac kompüterlərini təqdim edə bilər. Mark Qurman iddia edib ki, Apple oktyabrın 30-da və ya 31-də yeni Mac kompüterlərini təqdim edəcək. Bunlara yeni MacBook Pro-lar, eləcə də yeni 24 düymlük iMac-lər daxil ola bilər.

Suzuki-dən pilləkənləri qalxa bilən 4 ayaqlı nəqliyyat vasitəsi: MOQBA

Suzuki Yaponiya Mobility Sərgisində pilləkənləri qalxa bilən MOQBA adlı 4 ayaqlı nəqliyyat vasitəsini təqdim edib. Bu yeni nəqliyyat vasitəsi hərəkətdə çətinlik çəkən insanların işini asanlaşdırmaq üçün nəzərdə tutulub. MOQBA konsepsiyası hazırda başlanğıc mərhələsindədir. Onun istehsala keçib-keçməyəcəyi ilə bağlı dəqiq açıqlama hələ ki yoxdur.

Bu yeni batareyalar cihazın gücünü 5 qat artıracaq

Goodenough's Glass Battery Keeps Getting Better? - IEEE Spectrum

Avstraliyalı tədqiqatçılar akkumulyatorlar üçün əsaslı bir inkişafa imza atıblar. Onlar indiki batareyalardan daha güclü olan litium-kükürd batareyası hazırlayıblar. Tədqiqatçıların fikrincə, hazırlanmış yeni litium-kükürd akkumulyatoru ilə elektrikli avtomobillərin və mobil telefonların gücünü 5 dəfə artırmaq mümkün olacaq.

Posted 
Oct 23, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All