ETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır və 2004-cü ildə təsis edilib. 4 mərhələdən ibarət olan bu müsabiqənin 2021-ci qaliblərinin mükafatlandırlma mərasimi 16-18 dekabr tarixində keçirilib.
NETTY ƏN YAXŞİ EKSPERT - Mahir Mədətov
Mahirin 28 yaşı var və "Unibank"ın Marketinq departamentində kreativ kopirayter və sosial media mütəxəssisidir. 2014-cü ildən bu sektora gəlməyə başlamış, "Digital services company" ilə freelance əməkdaşlığı etmiş və sonradan "Azercell"də intern təcrübəsindən keçimişdir. 2018-ci ildənsə "Sosial media və rəqəmsal marketinq" sahəsində çalışmağa başlamışdır. 2015-də Azercellin “Ambassadors” layihəsinin iştirakçısı olan Mahir sonradan 2017-ci ildə "Endorphin" agentliyində fəaliyyətini davam etdirib. 2018-ci ilədə "Floor 6" reklam agentliyində "account manager" kimi işlədikdən sonra, 2019-cu ildə "Head of digital department" vəzifəsinə təyin olunub.
2020-ci ildə isə ASAN xidmətin PR departamentində kopirayter və SMM kimi çalışmışdır.
Mərasimdə bundan başqa 6 müxtəlif kateqoriyada layihələr iştirak edib. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edib.
SƏHİYYƏ, İDMAN VƏ TURİZM qalibləri:
VEBSAYT - “sağlamaile.az”
2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.
TƏTBİQ - "Fly Baku"
Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlləri üçün mobil proqram.
SOSIAL RESURS - "Azeri Home Chef"
Bu qrup Azərbaycanı sevənlər, bu sehrli ölkənin yeməklərini və mədəniyyətini bilmək istəyənlər, yemək bişirməyi sevənlər, öz təcrübələrini bölüşənlər, yemək və restoran biznesi ilə bağlı olanlar, yaxşılıq edə bilən, yarada bilən, köməklik göstərənlər üçündür!
MƏDƏNİYYƏT, İNCƏSƏNƏT VƏ YARADICILIQ qalibləri:
VEBSAYT - "AzKataloq"
«Azkataloq» — Azərbaycan tarixi foto və sənədlərinin onlayn kataloqu Rəsul Həsən tərəfindən yaradılmış layihədir. Layihənin texniki dəstəyi GlobalSoft şirkətinə məxsusdur. Layihənin məqsədi ölkənin foto və sənəd xronikasını yaratmaq, müxtəlif muzey, qalereya, şəxsi arxiv və kolleksiyalarda olan məlumatları vahid platformaya toplamaqdır. Layihə ictimaiyyətin ixtiyarına tamamilə pulsuz formada təqdim edilir.
SOSIAL RESURS - “CırtdanPro”
"CırtdanPro" yarandığı gündən məqsədi Azərbaycan musiqisini daha mükəmməl etmək olub. Bu səbəbdən də, daima yeni ifaçılara yer ayırır
İİNFORMASİYA VƏ XƏBƏRLƏR qalibləri:
VEBSAYT - "Rəqəmsal Azərbaycan"
Hər həftənin çərşənbə günü, saat 18:05-də ASAN Radio 100 FM dalğasında efirə gedən “Rəqəmsal Azərbaycan” radio verilişinin əsas məqsədi, ölkədə və dünyada həm elektron hökumət həm də informasiya texnologiyaları sahəsində baş verən ən son yeniliklər barədə vətəndaşları maarifləndirməkdən ibarətdir.
SOSIAL RESURS - BAKU TV
Baku.tv 2018-ci ilin fevral ayında yaranıb.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və
maraqlı hadisələr barədə operativ videosujetlər
hazırlayaraq auditoriyaya təqdim edir.
ELM, TƏHSİL VƏ İNNOVASİYALAR qalibləri
VEBSAYT - IKTLAB
“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumudur. Mərkəz əhali, dövlət və özəl qurumlara əlavə təhsil və İKT-nin tətbiqi xidmətlərini təqdim edir. Mərkəz Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı qərarı ilə yaradılmışdır. Mərkəzin xidmətləri “İKT LAB” ticarət nişanı ilə təqdim olunur.
TƏTBİQ - "E-cədvəl"
Layihə dərs və imtahan cədvəllərinin tamamilə elektronlaşdırılması məqsədiylə 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin İKT Mərkəzi tərəfindən hazırlanmışdır. Bu tətbiqetmə vasitəsilə istənilən vaxt onlayn şəkildə dərs, kollokvium və imtahan cədvəllərinə baxış keçirdə bilərsiniz.
SOSIAL RESURS-Fili ilə Öyrən
Fili ilə yeni dünyalar kəşf etməyə hazırsınız?
Elə isə birlikdə oxuyaq, əylənək və öyrənək!
BİZNES VƏ MALİYYƏ
VEBSAYT - "Wedo"
Wedo sifarişçilərin gündəlik iş və biznes tələbatlarını qarşılayan, icraçılara isə yeni müştərilər qazandıran xidmət marketpleysidir. Bizimlə hər bir sifarişçi platformada tapşırıq yaradaraq, istənilən sorğu üçün ən uyğun icraçını tapa bilər. İcraçı isə yaradılmış tapşırıqları yerinə yetirərək öz bacarıqlarını monetizasiya edə bilər.
TƏTBİQ - "UBank"
Banka getmədən, hər yerdə, istədiyin vaxtda, cəmi bir neçə saniyə ərzində sənə lazım olan bank xidmətindən istifadə et!
SOSIAL RESURS - Maxi.az Facebook səhifəsi
Maxi.az elektronika və məişət texnikası mağazaları ilə eyni zamanda internet mağazada xidmət göstərir. Evdən çıxmadan rahat alış-veriş et!
VİRTUAL MÜNSİFLƏR HEYƏTİNİN SEÇİMİ
SOSIAL RESURS - StoryNumber10
Audio kitablar və audio hekayələr.
DÖVLƏT VƏ CƏMİYYƏT qalibləri
VEBSAYT - Azerbaijan Expo 2020 Dubai
TƏTBİQ - Smart Customs
Bu proqram Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən e-Gömrük xidmətlərinə mobil cihazlardan çıxışı təmin etmək üçün hazırlanıb.
Bu proqramdan həm Azərbaycan vətəndaşları, həm də xarici ölkə vətəndaşları istifadə edə bilər. Tətbiq istifadəçilərə sərhəd-keçid məntəqələrində onlayn növbəyə durmaq, nəqliyyat vasitələrinin gömrük rüsumlarını hesablamaq, Komitəyə müraciət etmək, xəbərlər almaq və Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzi ilə əlaqə saxlamaq imkanı verir.
SOSIAL RESURS - Elektron Hökumət Portalı facebook səhifəsi
“Elektron hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır.
Bu il mükafatı dəstəkləyənlər:
Baş partnyor - NAR. Mükafatın rəsmi tərəfdaşları Golden Pay, SAVALAN, SmartHost, Renley.az-dır. Layihənin informasiya tərəfdaşları: İctimai TV, Infocity jurnalı, Kaspiy qəzeti, Oxu.az, Media.az