X
üsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və yerli “Qarabug” MMC ilk dəfə dövlət informasiya sistemləri üzrə “bug bounty” proqramını elan edib.
Proqramın məqsədi GOV.AZ zonasında texniki boşluqları aşkar etmək, etik hakerlik mədəniyyətini təşviq etmək və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdir. 15 aprel – 31 iyul 2025-ci il tarixlərini əhatə edən layihə çərçivəsində zəiflikləri müəyyən edən iştirakçılar mükafatlandırılacaq. Risk səviyyəsinə görə dəyərləndirilən hesabatlar əsasında ən çox xal toplayan üç nəfər pul mükafatı və sertifikatla təltif olunacaq. Qatılmaq istəyənlər www.qarabug.az saytında qeydiyyatdan keçə bilərlər.
Daha çox
Daily
kateqoriyasından
View All