Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

UAPs: NASA's UFO team discusses its findings publicly for the first time |  New Scientist

"Report" xəbər verir ki, bunu NASA-nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Jimi Russell Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində bildirib. NASA rəsmisi sözlərinə əlavə edib deyib:

"Azərbaycan kosmik coğrafiya baxımından yenidir. Bakıda keçirilən bu tədbir gənclər üçün böyük motivasiya olacaq. Əminəm ki, Azərbaycan gəncləri arasında kosmik sahəyə maraq daha da artacaq".

"Nokia" partlayışa davamlı 2 yeni məhsulunu təqdim edib

Bir vaxtlar əvəzolunmaz brend olan Nokia indi 2 yeni telefon üzərində işləyir. Nokia "HHRA501x" "IS540.1" adlanan telefon modelləri - mədən, neft, qaz və kimya kimi partlayış riski yüksək olan yerlərdə istifadə oluna bilən davamlılıqla istehsal olunur. Hər 2 telefon modelinin ekranları Corning tərəfindən istehsal olunan Gorilla Glass 3 şüşəsi ilə qorunur. 5G bağlantısı olan telefonlar 4400 mAh tutumlu çıxarıla bilən batareyaya malikdir. Telefonların suya və toza davamlı olduğu bildirilib.

Hubble Kosmik Teleskopu supernovanın qalıqlarını görüntüləyib

James Webb Teleskopu hazırda gündəmdə olsa da, Hubble Kosmik Teleskopundan da görüntülər gəlməyə davam edir. Hubble möhtəşəm supernova partlayışının qalıqlarını görüntüləyib. Ən məşhur qalıqlardan biri, təxminən 120 işıq ili uzaqlıqdakı qabarcıq formalı obyekt olan "Cygnus Loop" supernovasıdır. Hubble bu qalığı ilk dəfə 2020-ci ildə görüntüləyib. Hazırda alimlər bu qalıqların zamanla necə dəyişdiyini araşdırmaq üçün yenidən Hubble məlumatlarından istifadə edirlər.

Uçan taksilər üçün tarix müəyyənləşib

Dubay 2026-cı ilə qədər tam fəaliyyət göstərən uçan taksi gələcəyinə liderlik edən şəhər olmağı planlaşdırır. Uçan taksilər üçün eniş infrastrukturu quran "Skyports" şirkətinin baş direktoru deyib:

"Biz istəyirik ki, şəhərimiz dünyada tam inkişaf etmiş uçan taksi şəbəkəsi ilə birinci yerdə olsun". 

Şirkət Dubay Beynəlxalq Hava Limanı, Palm Jumeirah, Dubai City Center və Dubai Marina yaxınlığında 4 eniş meydançası tikməyi planlaşdırır. Uçan avtomobil sənayesinin 2035-ci ilə qədər 150 milyard dollar dəyərində olacağı təxmin edilir.

"X" indi də "Twitch" ilə rəqabət aparır

Musk "X" platformasının parametrləri ilə oynamağa davam edir. "Twitter"i aldıqdan sonra platformanın adını dəyişən Musk indi də diqqətini oyun yayımlarına yönəldib. O bildirib ki, "X"də oyunları və istədiyiniz hər şeyi yayımlaya bilərsiniz. Şirkətin məşhur streamerlər ilə "X" oyun yayımları ilə bağlı razılığa gəlib-gəlmədiyi hələ ki məlum deyil.

Qarabağın yeni azad edilmiş ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib. Hazırda həmin bölgədə "AzStateNet" şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam edir.

Taksi haqqında yeni qaydalar qüvvəyə minib

Sabahdan taksilərlə bağlı yeni tələblər qüvvəyə minir

Artıq yalnız linsenziyalı, VÖEN-li, fərqlənmə nişanlı, təlim keçmiş, xüsusi imtahan vermiş və narko müayinədən keçmiş sürücülər xəttdə olacaq. Bu səbəbdən taksi saylarında azalmalar müşahidə olunur. Növbəti 3 ay müddətində taksi işləmək istəyənlər müvafiq qaydada sadalanan proseslərdən keçməlidir. Qeyd edək ki, bu gündən kartla sifariş problemi də həll edilib.

Posted 
Oct 2, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All