Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"ASUS" "Fragrance" adlı yeni siçanını təqdim edib

ASUS koku yayan fare

Bu siçanın əsas xüsusiyyəti içərisində xüsusi bir ətir bölməsinin olmasıdır ki, istifadəçilər istədikləri aromanı əlavə edərək ətraf mühiti ətirləndirə biləcəklər. Standart dizayna sahib olan cihaz 10 milyon klik ömrü və 1200, 1600, 2400 DPI tənzimləmə seçimləri ilə gəlir. Bununla belə, şirkət cihazın ətir yayma mexanizminin necə işlədiyi və qiyməti barədə hələlik açıqlama verməyib. Məhsulun bazara nə zaman çıxacağı da bilinmir.

"Meta AI" funksiyası "iPhone"larda daha rahat olacaq

WhatsApp yeni özellik

"WhatsApp"ın iOS üçün 25.4.10.74 kodlu beta versiyasında "Meta AI" ilə bağlı yeni bir funksiya aşkar edilib. Bu yenilik sayəsində "iPhone" istifadəçiləri ana ekrana "Meta AI" "widget"ı əlavə edərək süni intellektə daha sürətli çıxış əldə edəcəklər. Funksiya hələ inkişaf mərhələsindədir və istifadəyə nə vaxt veriləcəyi bilinmir.

"Google Veo 2"nin qiyməti açıqlanıb

Google unveils Veo 2, an AI video generation tool that understands  real-world physics and human motion

"Google"un yeni süni intellekt əsaslı video yaratma modeli "Veo 2"nin istifadə qiyməti məlum olub. Şirkətin açıqladığı məlumata görə, "Veo 2" ilə yaradılan videoların saniyəlik dəyəri 50 sent təşkil edir. Bu, bir dəqiqə üçün 30 dollar, bir saat üçün isə 1.800 dollar xərc deməkdir.

M4 çipli yeni "MacBook Air" nə vaxt gəlir?

Buy MacBook Air with Student Discount - Education - Apple

"Bloomberg"dən Mark Qurmanın sözlərinə görə, "Apple" çox yaxında M4 çipli "MacBook Air" modelini təqdim edəcək. Yeni nəsil "MacBook Air"ın mart ayında keçiriləcək bir tədbirdə elan olunması gözlənilir. Təqdimatın rəsmi bir tədbirlə, yoxsa sadəcə mətbuat açıqlaması ilə gerçəkləşəcəyi hələ ki, bilinmir.

"Valve" "Team Fortress 2"nin mənbə kodunu yayımlayıb

Team Fortress 2 by Valve Software: From Product to Platform - Digital  Innovation and Transformation

"Valve" məşhur "Team Fortress 2" oyununun mənbə kodunu ictimaiyyətə açıq elan edib. Şirkət oyunsevərləri və mod yaradıcılarını "TF2"ni dəyişdirməyə, genişləndirməyə və ya tamamilə yenidən yazmağa təşviq edir. Kod "Source SDK" yeniləməsi vasitəsilə təqdim olunub və bu, oyunun tamamilə yeni versiyalarının yaradılmasına (yalnız qeyri-kommersiya məqsədilə) imkan verir. Bundan əlavə, "Counter-Strike: Source", "Day of Defeat: Source" və "Half-Life" multiplayer oyunları üçün də texniki yeniliklər edilib.

Posted 
Feb 24, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All