Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Blue Origin iki ildən sonra insanlı kosmik missiyasını başa vurdu

Jeff Bezos ilk dəfə Blue Origin-in New Shepard kosmik gəmisi ilə 20 iyul 2021-ci ildə kosmosa getdi. Bu uçuşdan sonra Bezos sağ-salamat dünyaya qayıdaraq astronavt titulunu aldı. Təxminən 2 il sonra kosmik turizm proqramı yenidən başladıldı. Bu yeni uçuş şirkətin tarixinə son 2 ildə ilk ekipaj uçuşu kimi düşdü.

LinkedIn-də iş elanı paylaşmaq elə də asan olmayacaq

Gəncləri iş vədi ilə tələyə salmaq fırıldaqçıların tez-tez istifadə etdiyi üsuldur. Onlar gəncləri saxta iş elanları ilə aldadır və onların əməyindən sui-istifadə edirlər. Şirkət fırıldaqçılıq cəhdlərinə qarşı təhlükəsizliyi artırmaq üçün müxtəlif yoxlamalar və qaydalar həyata keçirir. Bu yeniliklər peşəkar şəbəkələrin etibarlılığını artırır, eyni zamanda iş axtaranlar üçün təhlükəsiz mühit yaradır.

Azərbaycanda vahid e-iştirakçılıq platforması yaradılacaq

Tablet pc ekran dokunaklı parmak portre — Stok Foto © SergeyNivens #21242877

Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Vahid e-iştirakçılıq portalının yaradılması çərçivəsində vətəndaşlarla birbaşa əlaqə kanallarının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində vətəndaşlar tərəfindən verilən rəylərin toplanılması, həmçinin elektron qərarqəbuletmə prosesinin təmin edilməsi məqsədilə müvafiq tədbir görüləcək.

Qeyd edilib ki, layihə avqustun 1-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanaraq Komissiyaya təqdim edilməlidir.

OpenAI AI risk qrupunu ləğv edib

Who is Sam Altman: Ousted OpenAI CEO who's back at the top | Evening  Standard

OpenAI son aylarda CEO Sam Altmanın işdən çıxarılması, ondan sonra yaranan xaos və sonradan geri qayıtması ilə gündəmə gəlmişdi. Günün sonunda Altman geri döndü və OpenAI orijinal forması ilə müqayisədə çox fərqli bir quruluşa sahib oldu.

OpenAI-ın 2023-cü ildə yaradılmış Superalignment komandasının ləğv edildiyi bildirilib. Bu komanda insanlardan daha inkişaf etmiş süni intellektin mümkün risklərini araşdırırdı. Bu bölmənin işi indi digər tədqiqatlar arasında bölüşdürülür.

OpenAI-dən ayrılan keçmiş Superalignment menecerlərindən biri olan Jan Leike X-də ayrılığın səbəblərini uzun-uzadı izah edib. Leike komandasını sevdiyini və mühüm işlər gördüklərini bildirsə də, şirkətin əsas prioritetləri ilə bağlı OpenAI rəhbərliyi ilə razılaşa bilməyəcəklərini bildirib. Bundan əlavə, Leike onun işi üçün lazımi resursların ayrılmadığını qeyd edib. Leike-in sözlərinə görə, şirkət təhlükəsizlik məsələsini arxa plana keçirib.

LEGO-dan retro radio hazırlanıb

İyunun 4-də LEGO Icons seriyası çərçivəsində satışa çıxarılacaq Retro Radio (10334) dəsti LEGO həvəskarlarına nostalji dolu anlar yaşadacaq.

Dəstlə birlikdə gələn tikinti təlimatlarının 3D versiyasını LEGO Builder proqramında görmək mümkündür. Burada siz modelləri qurarkən onları bütün bucaqlardan görmək üçün böyüdə və çevirə bilərsiniz.

Dəstənin qiyməti 99,99 dollar olacaq və LEGO Insider üzvlüyü olanlar bu dəsti hər kəsdən əvvəl əldə edə biləcəklər (1-3 iyun arası).

Posted 
May 20, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All