Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Nike" "Donkey Kong" temalı idman ayaqqabısını təqdim edib

Donkey Kong Inspires Next .SWOOSH x Nike Air Max 1 'Low Poly' - Releases

"Nike" məşhur "Donkey Kong Country" oyunundan ilhamlanan yeni "Air Max 1" modelini təqdim edib. Ayaqqabının rəsmi satış tarixi açıqlanmasa da, qiymətinin 150 dollar olacağı gözlənilir.

"Google"un "Circle to Search" funksiyası "iPhone"a gəlir

Circle to Search on iPhone: How it can work via Google Lens

Bu funksiya həm "Google", həm də "Chrome" tətbiqlərində işləyir və istifadəçilərə ekrandakı məzmunu asanlıqla seçib axtarış aparmaq imkanı verir. Əvvəllər istifadəçilər ekran görüntüsü çəkərək "Google"a yükləyə bilirdilər, lakin yeni üsul daha sürətli və rahatdır. Bu yenilik istifadəçilərin məqalələrdəki şəkilləri və ya videolardakı detalları birbaşa axtarmasını asanlaşdıracaq.

Yaponiyada ilk hibrid kvant superkompüteri təqdim olundu

World's first hybrid quantum supercomputer Reimei activated in

Yaponiyanın RIKEN Elm İnstitutu dünyada ilk hibrid kvant superkompüteri olan "Reimei"ni rəsmi olaraq elan edib. Bu sistem 20 kubitlik kvant kompüteri ilə dünyanın ən sürətli altıncı superkompüteri "Fugaku"nu birləşdirir. Yaponiyanın bu addımı kvant hesablamanın elmi və sənaye sahələrində geniş istifadəsinə doğru mühüm irəliləyiş hesab olunur.

"Volkswagen"in elektrikli avtomobil satışı kəskin azalıb

ID.7 | Fully Electric Fastback | Volkswagen UK

"Volkswagen"in elektrikli sedan modeli ID.7 Çin bazarında ciddi uğursuzluqla üzləşib və ötən ay cəmi 9 ədəd satılıb. Bu, ötən ilin eyni dövründə qeydə alınan 2269 ədədlik satışla müqayisədə 99,6 % azalma deməkdir. Ümumilikdə, "Volkswagen"in Çin bazarındakı elektrikli avtomobil satışları da 71 % geriləyərək 15 828-dən 4552-yə düşüb. Şirkət satışları artırmaq üçün qiymət endirimləri etsə də, bu strategiya gözlənilən nəticəni verməyib. ID.7 ilə yanaşı, "Volkswagen"in digər elektrikli modelləri də ciddi satış azalmaları ilə qarşılaşıb.

"iPhone 17 Pro" modelləri "powerbank" kimi istifadə oluna biləcək

Apple iPhone 17 Air and 17 Pro designs revealed through renders -  GSMArena.com news

"Apple" "iPhone 17 Pro" modellərinə illərdir gözlənilən “Wireless Reverse Charging” funksiyasını əlavə etməyə hazırlaşır. Bu xüsusiyyət sayəsində "iPhone 17 Pro", "Apple Watch" və "AirPods" kimi kiçik cihazları naqilsiz enerji ilə doldurmaq mümkün olacaq. "Android" cihazlarında uzun müddətdir mövcud olan bu texnologiya, "Apple" tərəfindən əvvəllər test edilsə də uğur qazanmayıb. Son məlumatlara görə, şirkət yeni seriya üçün sınaqlara başlayıb və müsbət nəticələr əldə olunarsa, bu funksiya rəsmi olaraq təqdim ediləcək.

Posted 
Feb 20, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All