KEA Fransa”, mobil yuxu kapsulları ilə parisliləri günün yarısında qısa bir yuxu fasiləsinə dəvət etdi.
Yaxşı istirahətin sağlamlıq baxımından önəmini vurğulamaq və günorta saatlarında 1 dəqiqəlik yuxunun belə insanı daha gümrah hiss etdirəcəyi mesajını vermək istəyən “IKEA Fransa” Paris küçələrinə komfortlu yuxu kapsulları yerləşdirdi.
“IKEA”nın simvolu olan sarı rənglə boyanmış kapsulların içərisinə rahat yuxu üçün lazım olan hər şey yerləşdirilib. Yastıqlar, döşəkçələr və yumşaq yorğanlarla bərabər işıqdan narahat olanlar üçün pərdə belə var. Yuxu kapsulunda istirahət etmək üçün insanlardan marka tərəfindən #LaSiesteIKEA həştəqi ilə bir tweet və ya “Instagram” hekəyəsində paylaşım edərək rezervasiya etməkləri istənildi.
Tələbləri təsdiqləndikdən sonra velosipedçilər paylaşım edənləri olduqları yerdən götürərək onları 30 dəqiqəlik bir səyahətə çıxartdı.
Şirin yuxular!