Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

IAC 2023-də Elon Musk-ın çıxışı baş tutdu

Bu il ölkəmizdə gerçəkləşən 74-cü Beynəlxalq Astronavtika Konqresində Elon Musk-ın çıxışı baş tutdu. Musk görüş zamanı Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mowry ilə ünsiyyətdə oldu. Görüşü qaçıranlar Beynəlxalq Astronavtika Federasiyasının internet saytında və Youtube kanalında, həmçinin IAC 2023 Baku-nun rəsmi X hesabından izləyə bilərlər.

"Diablo 4" Steam-ə gəlir

Diablo 4 comes to Steam one day before Microsoft's deadline to acquire  Blizzard - Dexerto

İyun ayında ilin ən gözlənilən oyunlarından biri olan Diablo 4 çıxdı. Blizzard tərəfindən nəşr olunan Diablo 4 Steam-ə əlavə edilir. Ancaq oyun hələ ki, Steam-də mövcud deyil. Siyahı səhifəsində oyunun 17 oktyabr tarixindən etibarən çıxacağı bildirilir. Qeyd edək ki, Steam-də heç bir qiymət məlumatları verilməyib.

"Wear OS" saatları üçün Gmail tətbiqi əlçatan olub

"Google" Gmail tətbiqinin artıq Wear OS saatlarında istifadə oluna biləcəyini açıqlayıb. Wear OS-də Gmail tətbiqindən istifadə etmək çox sadədir. Eyni zamanda birdən çox Gmail hesabını dəstəkləməklə yanaşı, gələnlər qutunuza baxmaq funksiyasını da dəstəkləyir. Proqram hazırda Google Play Store-da mövcuddur və Wear OS 3 və Wear OS 4-də işləyir.

Minlərlə saxta Apple məhsulu orijinalı ilə əvəz edilib

Apple Store - Find a Store - Apple

ABŞ-ın San Dieqo şəhərində iki qardaş 10 min saxta məhsulu orijinalları ilə əvəz ediblər. Məlumata görə, Zhimin Liao şəxsən 22 ştatda 105 Apple mağazasına baş çəkib. Beləliklə, o, təxminən 720 saxta iPhone və iPad-i orijinalı ilə dəyişməyə çalışıb.  İki qardaş, Zhimin və Zhiting Liao Çindən iPhone iPad idxal etdiklərinə, eyni zamanda ABŞ və Kanadadakı Apple mağazalarında saxta məhsul mübadiləsi apardıqlarına görə 41 ay həbs cəzasına məhkum ediliblər. Bununla belə, Apple təxminən 6,1 milyon dollar itki ilə üzləşib.

Türk Hava Yolları Kerem Bursin ilə əməkdaşlıq edib

Əməkdaşlıq çərçivəsində Dünyanın fərqli yerlərində baş tutacaq çəkiliş aktyorun təklifi ilə Türkiyədə gerçəkləşir. Türk Hava Yolları reklam çarxını bu sözlərlə paylaşıb: "Türkiyənin təbii və tarixi sərvətləri ilə dolu unikal səyahətdə sizi nələrin gözlədiyini xəyal edin. İndi bunlardan kənara çıxmağın vaxtıdır".

Posted 
Oct 5, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All