Heineken - The Closer

Qlobal içki brendi “Heineken” və onun agentlik partnyoru “Publicis Worldwide” iş və sosial həyat arasında balansı saxlaya bilməyən müdir və işçilərin problemini aktuallaşdırır.

“Bağlayıcı” adlı reklam çarxı pandemiya sonrası çoxalan “hər zaman iş üçün onlayn olmaq” mədəniyyətinə referans edir.

“Bir brend kimi, hər zaman başqaları ilə ortaq əlaqələr yaratmaqdan yanayıq”, - deyə “Heineken”inin qlobal brend müdiri Bram Westenbrink bildirib.
“COVID-19 pandemiyasından sonra iş və şəxsi həyat arasındakı sərhədlər sürətlə pozulmağa başladı. Biz istəyirik ki, “hər zaman işləyə bilməlisən” düşüncəsinə olan ictimai təzyiqə qarşı çoxdan lazım olan bir diskussiya başladaq. Bununla da məqsədimiz işçiləri sosial həyat/əyləncə və iş bölgüsünü dəyər verdikləri insanlarla keçirməyə ilhamlandırmaq idi”.

Stranger Things - Netflix

Netflix 1980-ci illlərdə cərəyan edən məşhur serialı “Stranger Things”in 4-cü sezonu üçün Milan şəhərini 80-ci illərinə geri qaytarır.

İlk bölümün tizerini təqdim etmək üçün ictiami tədbir təşkil edən Netflix izləyicilərinə gözlənilməz süpriz etdi. Tarixi Palazzo Carminati abidəsinin üzərindən açılan portalla Maleinı 80-ci illərə qaytaracağına vəd verdi.

Bir gecədə şəhərin həmin meydanını Milanın 80-ci illərinə qaytaran Netflix bu reklam kampaniyasını 3 gün davam etdirib.

Nəyin ki, Netlix bu kampaniyanı Milanda, hətta dünyanın 14 fərqli ökədəsində, 15 fərqli məkanında davam etdirməkdədir.

Avstraliyanın Bondi çimərliyində edilən reklam kampaniyası ilə bağlı etdiyimiz paylaşımı da sizlərə təqdim edirik.

Time-slowing watches - Emwatch

Gündəlik stressin ən azı 30%-nin "deadline" qorxusundan qaynaqlandığını kəşf edən Ukraynanın yerli ağıllı saat istehsalçısı "Emwatch" vaxtı yavaşlatmaq funksiyasına malik saatlarını satışa çıxarıb. Bəs saat neçə işləyir? Mobil tətbiqdə təyin etdiyiniz "deadline"a qədər vaxt sürətlə davam edir. Təqribən hər 1 saatı 45-50 dəqiqə yaşayır, “deadline”a 45-60 dəqiqə qaldıqda isə saat sürətini azaldaraq sizə işləməyiniz üçün daha çox vaxt verir.

Brend beləliklə, qarşıdan gələn “deadline”a qarşı daha hazırlıqlı olmağınıza,  müəyyən qədər zaman anlayışınızla oynayıraq, zamanın sizin tərəfdə olduğu hissini yaradır.

The unburnable book - Penguin R.H.

ABŞ-da məktəblərdə kitab qadağalarının sayının artması ilə bağlı fərqindəliyi artırmaq üçün Marqaret Atvud özünün ən çox satılan romanı "Qulluqçunun hekayəsi"nın yanmaz versiyasını hazırladı və "The Unburnable Book" kampaniyasını yaratdı. Kampaniya məşhur yazıçının "Instagram" hesabında klassik distopiya romanını alov tapançası ilə yandırmağa çalışdığı video ilə elan edilib. Kitab hərraca çıxarılana qədər beş gün ərzində Nyu-Yorkda "Sotheby's"də nümayiş etdiriləcək. Satışdan əldə edilən gəlir bütün dünyada söz azadlığını müdafiə edən qeyri-kommersiya təşkilatı "Pen America"ya gedəcək.

Posted 
Jun 8, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All