Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
YouTube süni intellektli musiqi üçün yeni qərar alıb
YouTube Music AI Incubator (Süni İntellekt Musiqi İnkubasiya Mərkəzi) proqramını işə salmağı planlaşdırır. Bunun üçün o, Universal Music Group ilə işləyəcək. YouTube-un planlaşdırdığı yeni proqramda şirkətin süni intellektli musiqi texnologiyasına necə yanaşması ilə bağlı araşdırma aparılacaq. Bu mövzuda sənətçiləri, mahnı müəlliflərini, prodüserləri və musiqi şirkətlərini bir araya gətirəcək.
Snapchat generativ süni intellektini "Dreams" ilə daha da genişləndirir
Şirkət yeni modeli olan "Dreams" ilə süni intellektin formalaşdıracağı selfilər üzərində işləyir. Yeni xüsusiyyət ilə siz çəkdiyiniz selfilərin arxa planını xəyal gücünüzə uyğun olaraq dəyişə biləcəksiniz. Digər AI selfie proqramları kimi Snapchat da işləmək üçün aydın selfilərə ehtiyac duyacaq. Müxtəlif bucaqların, ifadələrin və işıqlandırma şəraitinin yaxşı olması daha uğurlu AI şəkilləri ilə nəticələnəcək.
James Webb Kosmik Teleskopu ilə çəkilmiş daha bir möhtəşəm fotoşəkil gəldi
NASA-nın rəhbərliyi ilə hazırlanmış James Webb Teleskopundan möhtəşəm görüntülər gəlməyə davam edir. JWST bu dəfə "Ring Nebula"nın görüntülərini çəkib. "Ring Nebula" göydəki ən parlaq planetar dumanlıqlardan biridir. Təxminən 2300 işıq ili uzaqlıqda yerləşən "Ring Nebula"nın diametri bizim Günəş sistemimizdən təqribi olaraq 500 dəfə böyükdür.
WhatsApp yeni mətn formatları üzərində işləyir
WhatsApp üçün mətn formatları illərdir diqqətdən kənarda qaldı. Nəhayət, WhatsApp yeni mətn formatlarını sınaqdan keçirir. WABetaInfo tərəfindən paylaşılan görüntülərdə WhatsApp-ın yeni mətn formatlarının 3 növünü görürük. WhatsApp-da fərqli mətn formatlarının istifadəsi geniş yayılmasa da, xüsusi məqamlarda bəzi cümlələri vurğulamaq üçün bu formatlardan istifadə etmək əlverişli ola bilir.
Gmail Android və iOS sistemlərində daxili tərcümə funksiyasını işə saldı
Veb versiyasında uzun müddətdir mövcud olan daxili tərcümə funksiyası nəhayət Gmail tətbiqinin Android və iOS versiyalarına gəldi. Bu xüsusiyyət sayəsində iOS və Android cihazları olan Gmail istifadəçiləri artıq müxtəlif dillərdəki e-poçtları tətbiq daxilində birbaşa istədikləri dilə tərcümə edə biləcəklər. Bir sıra istifadəçi üçün əlçatan olan bu funksiyanın tezliklə bütün istifadəçilər üçün aktivləşməsi gözlənilir.
Elon Musk bu dəfə jurnalistlərə səsləndi
Elon Musk "X" paylaşımında daha çox qazanmaq istəyən jurnalistlərə səslənib. Musk 21 avqust "X"də etdiyi paylaşımda jurnalistləri yazılarını "X"də paylaşmağa cəlb edib. O həmin paylaşımında bildirib: "Əgər siz daha çox söz azadlığı və daha yüksək gəlir əldə etmək istəyən jurnalistsinizsə, o zaman birbaşa bu platformada dərc edin".
"Getir" xaricdəki əməliyyatları ilə bağlı yeni açıqlama verib
Yeni qaydalara görə, bir müddət əvvəl Fransadan çəkilən "Getir" xaricdəki əməliyyatlarını yenidən quracağını açıqladı. Yenidənqurma çərçivəsində startap 2500 işçini ixtisar edəcək. Yaranan vəziyyətdən Türkiyədəki "Getir" işçiləri mümkün qədər az təsirlənəcək. Yenidənqurma işlərindən sonra "Getir"in fəaliyyət göstərəcəyi ölkələr 5 ölkə ilə məhdudlaşır. Bu ölkələr Türkiyə, İngiltərə, Almaniya, Hollandiya və ABŞ kimi sıralanıb.