Beyin çipi iflic olan şəxsin fikirlərini birbaşa tvit etmək imkanı verib.  Avstraliyalı 62 yaşlı Filip O'Kif amiotrofik lateral sklerozdan (ALS) əziyyət çəkir və bu yaxınlarda beyninə implantasiya edilmiş kompüter çipi vasitəsilə fikirlərini birbaşa Twitter-də paylaşa bilib.

Twitter ilə qarşılıqlı əlaqəni asanlaşdıran beyin kompüter interfeysi "Synchron" neyrotexnik startapı tərəfindən hazırlanıb.

Kiçik beyin implantı sayəsində "birbaşa düşüncə" ilə tvit yazan Filip O'Kif yuxarı ətraflarını hərəkət etdirməkdə çətinlik çəkir.
Bu xəbəri paylaşan "Synchron"un baş direktoru Tomas Oksli Tvitini paylaşarkən, BCI-nin Beyin-Kompüter İnterfeysi mənasını verən #HelloWorldBCI heşteqindən istifadə edərək, bu tiviti paylaşıb.

Bu tvitin ərsəyə gəlməsində heç bir düymədən və ya səsli idarəetmədən istifadə edilməyib. Hər şey sadəcə düşünürək həyata keçib.

İlk Tweet paylaşdıqdan sonra O'Keefe Twitter-də bir sıra sualları cavablandırdı.  Son Tweetində O'Keefe "Ümid edirəm ki, insanların fikirlər vasitəsilə tweet atmasına yol açıram" paylaşdı.

Gəlin cihazın işi ilə yaxından tanış olaq

Gördüyünüz bu çip beyinə damar yolu ilə çatdılır və failiyyəti də burdakı dalğalarının gücünə əsaslanır.

Videoda da gördüyünüz kimi beyin dalğaları ilə rahatlıqla kompüteri idarə edə bilən Filip, bu texnologiyanın gələcəyi üçün həyəcanlı olduğunu bildirib!

Posted 
Dec 30, 2021
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All