“Bolt” taksi şirkətinin Azərbaycandakı mobil tətbiqində ermənilərin ölkəmizə qarşı təxribatı aşkar edilib. Bildirilib ki, mobil tətbiqdə Bakı ərazisində ünvan axtarışı zamanı “Бакуракерт, Армения” adlı adres görünürmüş. Məsələ ilə bağlı “Report” şirkətin Estoniyada yerləşən baş ofisinə sorğu göndərib. Şirkətdən sorğuya cavab olaraq qeyd olunub ki, “Bolt” tətbiqi “Google” xəritələri əsasında çalışır və bu ünvan avtomatik olaraq tətbiqdə görünür.
Məsələ ilə bağlı şirkətdən bildirilib:
"Tətbiqdəki bu səhvi gördüyünüz üçün təşəkkür edirik".
Səhvin tezliklə aradan qaldırılacağı və adıçəkilən ünvanın tezliklə mobil tətbiqdən silinəcəyi deyilib. Daha sonra ünvan silinib və bununla da, erməni təxribatının qarşısı alınıb.
Mənbə: Report.az
Daha çox
Breaking News
kateqoriyasından
View All