Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Facebook"da canlı yayımlar 30 gün sonra silinəcək

“Facebook” canlı yayımlar üçün yeni bir qayda tətbiq edir. Artıq yayımlar yalnızca 30 gün ərzində saxlanacaq və sonra avtomatik olaraq silinəcək. İstifadəçilər videolarını cihazlarına yükləyə, bulud xidmətlərinə köçürə və ya “Reels” formatına çevirə biləcəklər. Bundan əlavə, "Facebook" istifadəçilərə köhnə canlı yayımlarını qorumaq üçün əlavə 6 aylıq müddət təqdim edəcək.

"Microsoft Edge" 132 yenilənməsi ilə 40 % daha sürətli olub

"Microsoft Edge" 132 yenilənməsi ilə brauzerin sürətini orta hesabla 40 % artırdığını açıqlayıb. Bu inkişaf “React” əvəzinə “WebUI 2.0” sisteminə keçid və lazımsız kodların azaldılması sayəsində əldə olunub. Yenilənmiş "Edge" xüsusilə zəif texniki xüsusiyyətlərə malik kompüterlərdə daha səmərəli işləmək üçün optimallaşdırılıb.

"Honda-Nissan" əməkdaşlığı niyə ləğv edildi?

Honda-Nissan merger talks end | CBC News

"Honda" "Nissan" arasındakı gözlənilən birləşmə tərəflər arasındakı fikir ayrılıqları səbəbindən ləğv edilib. Bildirilib ki, "Honda" "Nissan"ın əhəmiyyətli texnologiyalarından biri olan "e-Power hibrid" sistemini ləğv edib, bunun əvəzinə öz texnologiyasını tətbiq etmək istəyib. "Nissan" bu təklifə qarşı çıxıb və nəticədə iki şirkət arasında gərginlik yaranıb. Bundan əlavə, "Honda"nın "Nissan"ı alt şirkətə çevirmək istəməsi də razılaşmanın pozulmasına səbəb olub. Hər iki marka birləşmədən imtina etsə də, elektrikli avtomobillərlə bağlı əməkdaşlıqlarını davam etdirəcəklər.

"Tesla" "Model Y - Juniper” üçün kütləvi istehsala başlayıb

tesla model y juniper

"Tesla" ötən ay təqdim etdiyi yeni "Model Y Juniper" avtomobilinin Şanxaydakı "Gigafactory" zavodunda kütləvi istehsala başladığını açıqlayıb. İlk istehsal 17 fevralda AWD versiyası üçün həyata keçirilib və "Glacier Blue" rəngində təqdim olunub. Bu model 78,4 kWh tutumlu NMC batareyaya, 444 at gücünə malik iki elektrik mühərrikinə sahibdir və 0-dan 100 km/s sürətə cəmi 4,3 saniyəyə çatır. Juniper modelinin maksimum yürüş məsafəsi 719 km olaraq göstərilir, eyni zamanda 295 at güclü, 593 km məsafə qət edə bilən arxa ötürücülü versiyası da mövcuddur.

Dünyanın ən sürətli internetinə sahib ölkələr açıqlanıb

"Speedtest" platforması 2025-ci ilin yanvar ayına aid qlobal internet sürəti göstəricilərini açıqlayıb. Məlumatlara görə, mobil internetdə dünyada ən yüksək orta sürət Birləşmiş Ərəb Əmirliklərinə, sabit genişzolaqlı internetdə isə Sinqapura məxsusdur. Mobil internet üzrə qlobal orta sürət 91,24 Mbps, sabit internetdə isə 97,61 Mbps olaraq qeydə alınıb. Azərbaycan mobil internet sürətinə görə 54-cü, sabit internetə görə isə 90-cı yerdə qərarlaşıb.

Posted 
Feb 19, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All