A

zərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqinə dair BMT ilə yeni layihəyə başlayır. Bu barədə "Report"a Dövlət Agentliyindən məlumat verilib.

Azərbaycan “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqinə dair BMT ilə yeni layihəyə başlayır

Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub.

Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Posted 
Apr 19, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All