Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

BƏƏ-nin 10 illik “mavi rezidentlik” vizası üçün müraciətlər açıqdır!

UAE 10-Year Blue Residency Visa - Blog | LuxLiving

BƏƏ ekoloji və iqlim dəyişikliyi sahəsində işləyən mütəxəssislərə 10 illik “mavi rezidentlik” vizası təklif edir. Bu addım iqlim dəyişikliyi, dayanıqlı inkişaf və ətraf mühitin qorunmasını təşviq etməyə istiqamətlənib.

 

BƏƏ-nin 10 illik “mavi rezidentlik” vizası: Kimlər üçün nəzərdə tutulub?

  • Ekoloji və dayanıqlı inkişaf sahəsində işləyən mütəxəssislər
  • Beynəlxalq ekoloji təşkilatların üzvləri
  • Elmi tədqiqatçılar və ixtiraçılar
  • Ətraf mühitə maliyyə dəstəyi göstərən investorlar
  • Ekoloji mükafat laureatları

Necə müraciət etmək olar?
Müraciət prosesi nominasiyadan başlayır – namizədlər BƏƏ-nin səlahiyyətli qurumları tərəfindən tövsiyə edilməlidir. Daha sonra “Federal Şəxsiyyət və Vətəndaşlıq İdarəsi” (ICP) vasitəsilə viza üçün sənədlər təqdim olunur.

BƏƏ hökuməti bu təşəbbüslə qlobal ekoloji mütəxəssisləri ölkəyə cəlb edərək, davamlı inkişaf və ekoloji qoruma sahəsində irəliləyişlər əldə etməyi hədəfləyir. 

“İTV”nin canlı yayımına “haker” hücumu olub!

1 kişi ve şunu diyen bir yazı '21:54 으ㅎ itv.az 38 LAKUTOTO Kategori LAKUTOTO SLOT agar tidak di manfaatkan orang lain, jadilah tidak bermanfaat' görseli olabilir

“İTV”nin rəsmi sayt və canlı yayımına haker hücumu edilib! Sayta daxil olduqda fərqli bir mənzərə görsənir – burada başqa bir xarici resursun məlumatları yerləşdirilib. Bu barədə “Azərbaycan İnternet Forumu”nun prezidenti Osman Gündüz öz sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, kiberhücum nəticəsində “İTV”nin rəsmi saytına daxil olduqda fərqli bir mənzərə görsənir və burada naməlum xarici resursun məlumatları əks olunur. O, bu hadisəni ölkədə informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların göstəricisi kimi dəyərləndirib.

“Güman edilir ki, kibercinayətkarlar saytın zəif qorunan yerlərindən istifadə edərək hücumu həyata keçiriblər. Belə bir vacib informasiya resursunun asanlıqla ələ keçirilməsi qəbuledilməzdir,” – deyə bildirib.

O vurğulayıb ki, bir neçə gün öncə keçirilən kibertəhlükəsizlik mövzusunda iclasda məhz canlı yayımın kibermüdafiəsi müzakirə predmeti olub və bu sektorda ciddi boşluqların olması qeyd edilib.

Ekspert qeyd edib ki, dövlətin informasiya resursları daha güclü qorunmalı, İT infrastrukturu təkmilləşdirilməli və kibermonitorinq sistemi gücləndirilməlidir. “Təsəvvür edin ki, Prezident canlı yayımda çıxış edərkən belə bir müdaxilə baş verir və yayıma başqa bir kontent yerləşdirilir. Belə halların qarşısını almaq üçün təhlükəsizlik tədbirləri dərhal görülməlidir.”

Mövzu ilə bağlı “İTV” rəhbərliyi hələ ki rəsmi açıqlama verməyib.

“DeepSeek” təhlükəsizlik skandalı: Məlumatlar Çin-ə ötürülür?

International regulators probe how DeepSeek is using data. Is the app safe  to use? : NPR

Kibertəhlükəsizlik ekspertləri “DeepSeek”in “China Mobile” ilə şübhəli əlaqəsini ortaya çıxarıb! Kanada mərkəzli “Feroot Security” şirkəti tətbiqin giriş sistemində müəmmalı gizli kod tapıb. Bu kodun istifadəçi məlumatlarını Çin serverlərinə ötürə biləcəyi iddia edilir. “Feroot Security”nin CEO-su Ivan Tsarynny - Çinin Amerikanı izləmə potensialını ciddi narahatlıq kimi qiymətləndirir.

“Calgary” universitetindən Joel Reardon və “Kaliforniya” universitetindən Serge Egelman tərəfindən aparılan araşdırmalar da “DeepSeek”in “China Mobile” şəbəkəsi ilə əlaqəsini təsdiqləyib. Lakin onlar indiyədək heç bir aktiv məlumat ötürmə prosesi qeydə almadıqlarını bildiriblər.

NASA, ABŞ Donanması və Teksas ştatı artıq DeepSeek-i qadağan edib! Avstraliya, Cənubi Koreya və İtaliya isə hökumət sistemlərində bu tətbiqin istifadəsinə qadağa qoyub.

“RTX 5090” noutbukda istifadə olunsa nə baş verər?

NVIDIA GeForce RTX 5090

“Youtube” kanalı “PCWorld”ün komandası “GPD Win Max 2” noutbukunda “NVIDIA GeForce RTX 5090”ı test etdi və sondakı nəticələr təəccübləndirdi. “PCWorld” komandası “Cyberpunk 2077”, “Call of Duty: Black Ops 6 və Black Myth: Wukong” kimi yüksək tələbatlı oyunlarla testlər aparıb.

Lakin nəticələr ümidverici olmayıb:

-Black Myth: Wukong – FPS 12% azalıb (83 FPS → 72 FPS)

-Cyberpunk 2077 və CoD: Black Ops 6 – 60%-ə qədər performans itkisi!

FPS niyə düşdü?

Əslində, “RTX 5090” performansı artırmalı idi, lakin əksinə oldu. Bunun əsas səbəbi bottle-neck (darboğaz) effekti idi. Xarici qrafik kartı istifadəsi xüsusilə noutbuklarda məlumat ötürmə sürəti və prosessor - qrafik kartı sinxronizasiyasındakı çatışmazlıqlar səbəbindən performans itkisinə səbəb ola bilər.

Nəticə: Xarici GPU həmişə həll yolu deyil!

Bu test göstərdi ki, güclü bir qrafik kartı həmişə performansı artırmır. Xüsusilə noutbuklarda məlumat ötürmə sürəti böyük rol oynayır. Yəni “RTX 5090” kimi nəhəng bir GPU xarici formada istifadə edildikdə hər zaman gözlənilən nəticəni verməyə bilər.

“Meta” cihazları üçün “Civilization VII”nin VR versiyası təqdim olundu

“Sid Meier’s Civilization” seriyasının yeni oyunu “Civilization VII” üçün virtual reallıq (VR) versiyası təqdim edildi. Oyun sadəcə “Meta Quest 3” və “Quest 3S” cihazlarına uyğun olacaq. VR versiyası oyunçulara fərqli perspektiv təklif edəcək.

Hələlik oyunun dəqiq çıxış tarixi açıqlanmasa da, “Firaxis Games”in verdiyi məlumata görə, bu yaz ərzində satışa çıxması planlaşdırılır.

Oyunun yeni perspektivi: Oyunçular yuxarıdan aşağıya baxış bucağı ilə strategiyalarını quracaq və dövləti idarə edəcəklər.

Çıxış tarixi: Hələ rəsmi tarix açıqlanmasa da, bu yaz satışa çıxması gözlənilir.

Qiymət: Hələlik bəlli deyil.

Əlavə məlumat: “Civilization VII”nin əsas versiyas isə 11 fevralda “PC”, “PlayStation”, “Xbox” və “Nintendo Switch” üçün satışa çıxır. Steam qiyməti 69,99 dollar olaraq açıqlanıb.

Posted 
Feb 10, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All