“Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimi keçirilib!

Ttəqdimatda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Tibbi arayışlarının elektron registrindən məlumatların verilməsi

Bundan sonra, vətəndaşlar sağlamlıq haqqında arayışı elektron formada əldə edə biləcəklər.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, arayışlar ödənişli əsaslarla təqdim edilir:

“Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir.

Elektron arayışlar kağız daşıyıcılarla eyni hüquqda olacaqlar. Bütün tibbi arayışlar elektronlaşdırılacaq. Hazırda ali məktəblərə, kolleclərə qəbul üçün alınan tibbi arayışlar da elektronlaşdırılır. Elektronlaşma növbələrin qarşısını almaq, vətəndaşların vaxtına qənaət etməsinə köməkliklə bağlı düzgün addımdır. Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib”.

Posted 
Apr 26, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All