S

ənan Mirzəzadə NASA-nın ideya rəhbəri olduğu FRC yarışında iştirak edib. Belə ki, o, dünyanın 4 ən böyük robototexnika yarışından biri olan “FIRST Robotics Competition” (FRC)-da Azərbaycanı təmsil edən “Mechack9030” komandasında yer alıb. Eşitmə və nitq məhdudiyyətli gəncimiz hər il yuxarı sinif şagirdləri arasında keçirilən robototexnika üzrə beynəlxalq müsabiqəyə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə qatılıb.

18 aprel tarixində İRİA-nın sədri İnarə Vəliyeva Sənan Mirzəzadə ilə görüş keçirib. İRİA sədri Sənanın ölkədə bir çox gənc üçün ilham mənbəyi olacağını vurğulayıb: 

“Sənanın hekayəsi öz xəyallarının arxasınca gedən hər birimiz üçün nümunədir. Texnologiyanın dili bəşəridir və yaş, məkan və ya hər hansı sağlamlıq məhdudiyyəti İKT sahəsində karyera üçün əngəl deyil”, – deyə İ. Vəliyeva əlavə edib və Sənana gələcəkdə kibertəhlükəsizlik üzrə karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Sənan Mirzəzadə 10 yanvar 2007-ci ildə Ağdam rayonu Qaradağlı kəndində doğulub. Hazırda Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı məktəbdə təhsil alır. 2019-cu ildən etibarən intensiv şəkildə informasiya texnologiyaları üzrə biliklər əldə etməyə başlayıb və dövrün ən müasir İT bacarıqlarına yiyələnib. Sənan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ötən il 24 – 29 iyul tarixlərində keçirilmiş "Cyber Summer School 2023" yay düşərgəsində iştirak edib. Düşərgənin sonunda keçirilən müsabiqədə fəal iştirakı ilə seçilən Sənan sertifikat və hədiyyə ilə təltif edilib. Bundan əlavə, Sənan Milli Abilimpiya Federasiyası tərəfindən təşkil edilmiş Milli Abilimpiya Çempionatında informasiya texnologiyaları nominasiyası üzrə üçüncü yerin qalibi olub.   

Posted 
Apr 23, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All