u siyahını ərsəyə gətirmək üçün Azərbaycanın öndə gələn reklam agentliklərinin kreativ direktorları ilə əlaqə saxlamış, onlardan bu il üçün hazırlanan həm lokal, həm də qlobal ən maraq, diqqətəlayiq reklamı seçməklərini xahiş etdik. Buna görədə də qeyd etmək istərik ki, siyahı ölkənin ən təcrübəli və yenilikçi hesab etdiyimiz kreativ direktorlarının fikirləri əsasında formalaşıb və sizlər üçün ərsəyə gətirilib.
Qeyd : Burada adları keçən kreativ direktorlar əlifba sırasına uyğun olaraq siyahıya alınmışdır.
Elə isə qarşılayın, 2021-in ən yaxşı reklamları!
Ağarəcəb Cəfər / Kreativ Direktor @BHB Azerbaijan
Lokal layihələr
1) DDB Azerbaijan / McDelivery - "Late night cravings?"
2) Inhouse team - Elçin İsmayılov / Kontakt Home - "Əşyalar da səni dindirir -Kontakt sevindirir"
3) Endorphin Baku / ABB - Yadedirik
4) Art Bakers / Araz Supermarket - Zəfər günü
Qlobal layihələr
1) Rethink Canada / Heinz - Ketçup çək
2) McCann Paris / Spinneys - "The Bread Exam"
3) Alma & VaynerMedia / Pepsi – “#BetterWithPepsi”
Tam siyahı
Emin Mahmudov / Baş İcraçı Direktor @Maverick Communications Agency
Lokal Layihələr
1) Maverick Communications Agency / Azercell - Sənə yaxın gələcək
Çalışdım, öz işlərimizi qeyd etməyim, amma alınmadı. :) Hesab edirəm ki, bu kampaniya ötən il ərzində ölkədə həyata keçirilən ən uğurlu marketinq kampaniyalarından biridir.
2) Endorphin Baku / “Neftçi” futbol klubu - Zorakılığa son
Bu cür mühüm sosial mövzuya toxunduğuna görə kluba təşəkkür düşür. Klub öz fəallığı və bu kampaniya ilə məsələyə çox gözəl yanaşıb.
3) Havas Azerbaijan / Brendfoni - Alış-verişin yeni fəsli
Ötən il fərqli platformalarda davamlı olaraq yayımlanan, vizual tərtibatı və verdiyi mesajlara görə bu kampaniyanı qeyd etməyi özümə borc bildim.
Qlobal layihələr
1) Rethink Canada / Heinz - Ketçup çək
Sadə, bir o qədər də yaxşıdır. Birmənalı şəkildə 2021-ci ildə reallaşdırılan ən yaxşı kampaniyalarından biridir. Reklam dünyanın müxtəlif yerlərində yaşayan insanlara ünvanlanan sadə sualla başlayır və supermarket rəflərində davam edir.
Ketçup = “Heinz”, vəssəlam.
2) Channel 4 / Superinsanlar
Digər reklam kampaniyası “Channel 4”-ə aiddir. Bu kampaniyada paralimpiyaçı olmağın əslində nə demək olduğu möhtəşəm bir reklam çarxı ilə nümayiş etdirilir. Burada həmin idmançıların insani tərəfləri önə çəkilir. Çarx “Paralimpiyaçı olmaq üçün səndə bir problem olmalıdır” şüarı ilə müşayiət olunur. Bu da, həmçinin sadə, eyni zamanda məntiqli mesajdır.
3) İslandiyadan ilhamlanaraq / Icelandverse
Digər tanınmış brendləri bu cür ələ salaraq öz ölkəsini bu cür uğurlu reklam edə bilən başqa bir turizm brendi tanımıram. İslandiya bu işin öhdəsindən yaxşı gəlir! :)
Ersan Karataş / Creative Director @FCB ARTGROUP BAKU
Geridə qoyduğumuz il çoxlu uğurlu işlər görülüb. İndisə sizə ağlıma gələn reklam işləri haqqında yazıram. Nəyisə unutsam üzrlü hesab edərsiniz. Hər kəsin bayramı mübarək!
Qlobal Layihələr:
1) Publicis Italy / Heineken – Shutter Ads
Pandemiya zamanı bir çox barlar bağlanmalı oldu. Heineken də həmin məkanları dəstəkləmək məqsədilə reklamlarını bilbordlarda deyil, bağlı barların qapılarında asmaq qərarı aldı. Bunun üçün lazımı olan büdcəni də həmin bar işçilərinə verib. Beləliklə, bu çətin dövrdə öz məhsulunu satan yerlərə də dəstəyini göstərib. Bravo!
2) Megaforce / Burberry – Open Spaces
Mən "Burberry" gödəkçəsi və ya çantası istifadə etmirəm, brend mənə uzaqdır. Amma şirkətin “Open Spaces” filmindəki izahı, çəkiliş keyfiyyətini və “azadlıq” hissini çox bəyəndim.
3) OMD - Pepsi – Better with Pepsi
Burda bax bir az əsəbiləşirəm, çünki paylaşımları çox qarışıq görünür. Amma onun içində o qədər incə bir zəka var ki, mənim heyranlığımı asanlıqla qazandı. Pepsi loqosunu o əzilmiş paketlərin içində necə görüb bunu düşündünüz? Vallah Bravo.
Lokal layihələr
1) Beat Group / 20 Yanvar Outdoor çalışması
20 Yanvar soyqırımını bu qədər təəccüblü və təsirli şəkildə təsvir etmək həqiqətən də tərifə layiqdir. Çox təsirləndiyim bir işdir. Həyatını itirən vətəndaşların xatirəsini ehtiramla yad edirəm.
2) İrşad Electronics – Dünya Azerbaycanlılar Dayanışma Günü
Söz sırasını və vizual ifadəni bəyəndim. Hekayəni pozmadan məhsulları yaxşı reklam ediblər. Baxmaq əyləncəli idi. Əllərinizə sağlıq.
3) Kontakt Home Creative Team & Black Brothers Production / Kontakt Home – Yılbaşı Reklamı
Çəkiliş texnikası çox gözəl, hekayəsi sadə və sevimlidir. Gözəl işdir. Əllərinizə sağlıq.
Orxan Yusifov / Creative Director @SHAMANS Agency
Lokal layihələr:
1) FCB Artgroup Baku / Birbank ilə #olarolar!
Çox cool işdir! Celebrity inteqrasiyası ideal səviyyədə olan kommunikasiyaya referans kimi göstərmək olar? #olarolar!
2) Times Consulting (Script: Art Bakers) / Bank of Baku - Teatral Kampaniya
Romeo və Cülyetta eşqini bu cür gözəl, axıcı şəkildə, həm də satış kampaniyası kommunikasiyası kimi istifadə etmək alqışa layiqdir!
3) Maverick Communications Agency / Azercell - 25 il
3-ü 1-də: reklam, sənədli film, gözəl hekayə. I like it!
1) Publicis Italy / Heineken - Home Gatherings
Zövq verən, gözəl ideyası və məqsədi olan, zərgər dəqiqliyi çəkilmiş videodur. "Reklam gözəl söylənmiş həqiqətdir!"-deyiminin görüntüyə çevrilmiş halıdır. Bir yandan reallıqları xatırladır, digər tərəfdən Heineken tərzi Ümid gələcəyə ümid verir.
2) Wieden+Kennedy New York / BudLight - Legends
Marvel yaradıcıları ilə Wieden Kennedy arasında əlaqə olduğunu düşünməmə səbəb verən kreativ ideya və əfsanə iş!
3) Uncommon Creative Studio / Wagamama - Vegamama
2021-də baxdığım reklamlar arasında ən çox yadımda qalanlardan biri. Qorxu filmi kimi başlayan şirin sonluqla bitən film çoxdu, amma bu ən yaxşılarındandır.
Rəsul Zaidov / Creative Director @Duyme Agency
Lokal layihələr:
1) Samsung / The Frame televizorlarının reklamı.
2) Duyme Agency / Unibank - Zorakılıq hədiyyə ilə bağışlanmır
3) DDB Azerbaijan/ McDelivery - "Late night cravings?"
Qlobal layihələr:
1) MasterCard / Expiration date (Etibarlılıq tarixi)
Bu reklam layihəsi nəsli tükənməkdə olan heyvanları diqqətə çəkərək, heç bir tədbir görülməyəcəyi təqdirdə təhlükədə olan vəhşi təbiət heyvanlarının nəslinin kəsiləcəyi tarixləri bank kartlarda gördüyümüz “Etibarlılıq tarixi” hissəsində görürük.
2) Dardanel / Elinize Sağlık (Əlinizəsağlıq)
“Adamlar yapmış” sözünə verilə biləcək ən yaxşıcavab!
3) EVEX Clinics / Be the hero of this story, get vaccinated! (Vaksinasiya ol, hekayənin qəhrəmanı sən ol!)
Səbinə Rüstəmli / Creative Group Head @Endorphin Baku
Qlobal layihələr
1) Megaforce / Burberry Open Spaces Film
"Azadlıq" mesajı üzərində qurulan fantastik kino səhnələrini xatırladan bu iş ilhamlandırıcı və kifayət qədər heyranedicidir.
2) OMD / Pepsi - Better with Pepsi
Bu işə oriqami sənətinin ərsəyə gətirdiyi bir iş demək yerinə düşər. Minimalist, mükəmməl və məxmər!
2) Tribal Worldwide Istanbul / Şok marketler - Çalma değil, alma listeleri
Bəzi işlər var ki, görəndə insan qısqanır. Həmin növdən olan bu iş ürəyimizə gözəl musiqi kimi yayıldı.
Lokal layihələr
1) ArtBakers / Araz Supermarket - Zəfər Günü
II Vətən müharibəsinin nəticəsində qazandığımız zəfərin birinci ildönümündə bütün markalar önə çıxmaq istəyirdi. Lakin əsas məqsəd bu işlər içindən seçilmək idi ki, bunu da "Araz Supermarket" şəbəkəsi təqdim etdiyi iş ilə bacara bildi. İdeyanın çıxış nöqtəsi və realizasiya eyni dərəcədə gözəl və ayaqüstə alqışa layiq idi.
2) In-house / Musiqi Günü -Əşyalar yenə öz ahəngində
2020-ci ildə olduğu kimi 2021-ci ildə də Musiqi Günündə özünəməxsus yanaşma ilə seçildi, bəyənildi və sevindirdi.
3) DDB Azerbaijan / McDelivery - "Late night cravings?"
“Lürzer’s Archive” jurnalına düşən "McDelivery" layihəsi - "Late night cravings?" lokal marketinq üçün nümunəvi işlərdən birinə çevrildi, yeni və daha gözəl ideyalar üçün sanki bir "işıq" oldu. Fikrimcə, bu iş uzun müddət də yaddaşlardan silinməyəcək.
Sinan Ağayev / Kreativ Direktor @Maverick Agency
Doğrusu aşağıdakı kolleksiyanı “ilin ən yaxşıları” adlandırmaqdüzgün olmasa da, onlar mənim qəlbimə yol tapmış, hətta xüsusi yer etmiş vəuzun müddət orada məskunlaşmağa davam edəcək reklam kampaniyalarıdır.
Qlobal layihələr
1) KION – təəccübləndirən hekayələr
Bir film həvəskarıkimi bu şah əsərin videosunu birinci yerə qoymağı özümə borc bilirəm. ZebraHero yaradıcılarından olan KION onlayn kinoteatrının rus istehsalçılar tərəfindən hazırlanmış reklamı. Bu video cəlbedici,kinematika və estetik cəhətdən xoş, yaradıcı təsir bağışlayaraq izləyiciyə xidmət üzrə əvəzsiz səyahət imkanı təqdim edir. Onlayn rəqabətin yüksək səviyyədə olduğu bu dövrdə viral effektlərdən istifadənin vacibliyini də burada görmək mümkündür.
2) IKEA - Hər ev cənnət olmalıdır
Mənim sevimlilərim IKEA bu dəfə Mother agentliyi vasitəsilə hisslərə toxunan bir videoya imza atdı. Bu kampaniyada işdən və xırda çətinliklərdən uzaqlaşa biləcəyiniz təhlükəsiz və rahat məkana sahib olmağın necə vacib olduğu vurğulanır. Bu fikir isə böyük oyuncaq ayılar və onların pəncələrinin köməkliyi ilə çatdırılır. Mən sadəcə bu güclü emosiyaların içinə düşmək istədim.
3) Mugler - Payız Qış 2021 Filmi
Real estetika və tərzin sübutu kimi dəb brendlərinin reklam videolarına nəzər salmaq mütləqdir. Qəbul edirəm ki, Burberry brendi havadan asılmış kabellərlə performans göstərən rəqqasların inanılmaz dərəcədə gözəl, isti və cəlbedici rəqsləri ilə bir film ərsəyə gətirdi. Lakin mənim qaranlıq təbiətim Mugler brendinin lateks kampaniyasında əsir qaldı. Bu super dəbli, cəsarətli və futuristik yanaşma hər bir minimalist kadrda diqqəti cəlb etməyi, brendin və kolleksiyanın ruhunu mükəmməl şəkildə əks etdirməyi bacardı. Qısa film TORSO rejissorluğunda və Casey Cadwallader-in yaradıcı rəhbərliyində psixi janrda istehsal olunub.
Lokal layihələr
1) DDB Azerbaijan / McDonalds - LTE gecə iştahı
Ümumiyyətlə McDonald's brendinin öz atributlarının (məhsullarının) tanınması istiqamətində reallaşdırdığı yaradıcılıq nümunələrini bəyənirəm və DDB Azerbaijan tərəfindən hazırlanan belə işləri görmək məni çox sevindirir.
2) Ronin Agency / Changan
Ronin agentliyi Changan avtomobillərinin crossover modelləri üçün uğurlu bir kommersiya məqsədli reklam hazırladı. Dinamik dizayn, keçidlər və hərəkətli vizuallar ilə mesaj estetik formada çatdırıldı.
3) Endorphin Baku / Azercell - # QadınDediyin
Son dövrlərinən çox müzakirə olunan kampaniyalarından birini də Endorphin və Azercell həyata keçirdi. Səs gətirən layihə öz sosialmesajı ilə fərqləndi.