Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

AI ilə vizual yaratmaq funksiyası YouTube Music-ə gəlir!

YouTube Music'e Yapay Zekâyla Görsel Oluşturma Özelliği Geliyor!

Süni intellektlə vizual yaratmaq xüsusiyyətinin YouTube Music-ə əlavə ediləcəyi açıqlanıb. İstifadəçilər tezliklə öz pleylistlərini tərtib edə biləcəklər. Proqram vasitəsilə süni intellekt ilə pleylistlər üçün xüsusi vizuallar yaratmaq mümkün olacaq. Beləliklə, albom üzlükləri əvəzinə qrafik şəkilləri üçün yeni alternativ əlçatan olacaq.

Azərbaycana gətirilən telefonların qeydiyyata alınması üçün yeni rüsum təsdiqləndi!

Facemark

Gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılmasına dair layihə qəbul edilib.

1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;

2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;

3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;

4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;

5. bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;

6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.

Threads postları indi də Facebook-a gəlir

Threads Gönderileri Şimdi de Facebook'a Geliyor!

Meta Threads-in populyarlığını artırmaq üçün Instagram-dan sonra paylaşımları Facebook-a köçürür. Yeni funksiya "For you on Threads" olaraq adlanır. Bununla da, populyar Threads paylaşımlarını artıq Facebook-a avtomatik olaraq daxil etmək mümkün olacaq.

Qan təzyiqini ölçə bilən ilk Xiaomi ağıllı saat modeli gəlir

Sağlamlıq baxımından Huawei-nin ən təsirli ağıllı saatı olan Huawei Watch D-dən sonra qan təzyiqini ölçə bilən ilk Xiaomi ağıllı saat modeli gəlir. “Xiaomi Wrist ECG Blood Pressure Recorder” kimi uzun adı olan bu ağıllı saat 26 oktyabrda rəsmi olaraq təqdim ediləcək. “Huawei Watch D” kimi xüsusi şişmə qayışla gələn məhsul şirkətin qan təzyiqinin ölçülməsində atdığı ilk addım olacaq.

TikTok-da maksimum video müddəti yenidən uzanır

The Only Guide to TikTok for Business You'll Ever Need

TikTok YouTube ilə rəqabət aparmağa davam edir. Keçən il istifadəçilərin platformada daha çox vaxt keçirməsinə imkan yaratmaq məqsədi ilə video müddəti 3 dəqiqəyə, daha sonra isə 10 dəqiqəyə qədər uzadılmışdı. İndi isə video müddətini 10 dəqiqədən 15 dəqiqəyə qədər uzatmaq üçün sınaq mərhələsinə başlanılıb. Şirkət bu yeniliyi bəzi ölkələrdə məhdud sayda istifadəçi üçün əlçatan edib.

Posted 
Oct 25, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All