Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak edib

Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edib. Türkiyənin Ankara şəhərində baş tutan 5 günlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk”, “Ednify”, “SmartROW”, “Azirrigation” startapları təmsil edib.

Paint istifadəçilərinin 38 ildir istədiyi funksiya hələ indi gəlir

An image showing background removal in Paint

Microsoft-un Paint üçün test etməyə başladığı yeni bir xüsusiyyət ortaya çıxdı. Fon silmə xüsusiyyəti Paint-in ilk çıxışından 38 il sonra gəlir. Bu yeni funksiya sayəsində istifadəçilər şəkillərin arxa fonunu bir toxunuşla silə biləcəklər.

Pixel 8-in videosu yayımlandı

Bu günə qədər paylaşılan bir sıra rəsmi olmayan məlumatlardan sonra Google maraqla gözlənilən Pixel 8 seriyasının videosunu paylaşıb. Şirkət yeni Pixel cihazlarını oktyabrın 4-də Nyu Yorkda təqdim edəcək. Pixel 8 ilə yanaşı, şirkətin yenilənmiş Pixel Buds Pro və ağıllı saatı da həmin gün təqdim olunacaq.

Google Chrome 15 illik yubileyi üçün yeni funksiyalar təqdim etdi!

Google Chrome 15 yaşını yeni dizayn və təhlükəsizlik xüsusiyyətləri ilə qeyd edir. Brauzerinizin dizaynını dəyişdirmək üçün ana səhifənizin altındakı "Chrome-u fərdiləşdirin" adlı yeni düyməni klikləyin. Bu funksiya sizə Chrome ekranını müxtəlif rəng və stillərdə dəyişmək imkanı verəcək.

Ad günü yeniləmələri əsasən dizayna əsaslanır, lakin şirkət eyni zamanda Safe Browsing texnologiyasını təkmilləşdirməyə çalışır. Hər yarım saatdan bir fişinq və ya zərərli proqram təhlükəsi olan saytların daxili siyahısını yeniləmək əvəzinə, Chrome-un indi saytları real vaxt rejimində yoxlaması üçün işlər aparılır.

“Thodex”in qurucusu Faruk Fatih Özer 11,196 il həbs cəzasına məhkum edilib

Thodex davasında Özer kardeşlere rekor para cezası - 08.09.2023, Sputnik  Türkiye

“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerin dələduzluq işi ilə bağlı qərar qəbul olunub. Məhkəmə qərarı ilə 21 müttəhimin 7-si həbs olunub. Faruk Fatih Özer və qardaşları Güven və Serap Özer ayrı-ayrılıqda 11 min 196 il 10 ay 15 gün həbs cəzasına məhkum edilib.

Posted 
Sep 8, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All