vropa İttifaqı Şurası Şengen vizasının rəqəmsallaşdırılması üçün yeni qərarı təsdiqləyib. Lazımi hazırlıqlar tamamlandıqdan sonra Şengen vizasını onlayn əldə etmək mümkün olacaq.
Şengen vizasını onlayn almaq üçün rəqəmsal platforma yaradılacaq. Platformanın hazırlıq mərhələsindəki texniki işlər tamamlandıqdan sonra müraciətin necə işlədiyi, rəqəmsal viza üçün necə müraciət ediləcəyi barədə məlumat veriləcək.
Yeni tənzimləmə Avropa İttifaqının rəsmi qəzetində dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək. Rəqəmsal vizalar mövcud olduqdan sonra telefonlara və mobil cihazlara endirilə biləcək.
Beləliklə, pasportlara əlavə edilmiş sənədlərə ehtiyac qalmayacaq. Şengen vizası üçün müraciətlər və ödənişlər texniki infrastrukturu yaradılmış sistem vasitəsilə həyata keçiriləcək.
Bütün əməliyyatlar vahid platformada toplanacağı üçün məlumatlar Aİ-yə üzv dövlətlər arasında paylaşılacaq. İlk dəfə viza üçün müraciət edənlər və yeni pasport alanlar ilk viza üçün səfirlik və ya konsulluğa getməli olacaqlar.