Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Apple TV” artıq “Android” cihazlarında!

Redesigned Apple TV app elevates the viewing experience - Apple

“Apple” beş il əvvəl istifadəyə verdiyi “Apple TV Plus” yayım platformasını nəhayət “Android” cihazlara gətirir! Artıq “Android 10” və daha yeni versiyalara sahib cihazlarda “Apple TV” tətbiqini yükləyərək:
- “Apple” hesabı yarada;
- “Apple TV Plus”a abunə ola; ($10/ay),
- MLS Season Pass-ı izləyə bilərsiz. ($15/ay).

Yeni istifadəçilər üçün 7 günlük ödənişsiz sınaq müddəti də mövcuddur!

Hələlik tətbiqdə “casting” kimi bəzi funksiyalar yoxdur, amma “Apple” gələcək yeniləmələrlə daha çox imkan əlavə etməyi planlaşdırır.

“Oxford” alimlərindən kvant teleportasiyası!

“Oxford” Universitetinin tədqiqatçıları ölçüləndirilə bilən kvant superkompüterində kvant teleportasiyasını uğurla həyata keçiriblər. Bu kvant informasiya emalı sahəsində mühüm irəliləyişdir. Eksperiment zamanı məntiqi kvant qapıları ayrı-ayrı prosessorlar arasında ötürülüb. Bu nailiyyət kvant sistemlərinin genişləndirilməsi ilə bağlı əsas problemi həll edir və super sürətli növbəti nəsil hesablamalar üçün yeni üfüqlər açır.

 

“Oxford” tədqiqatçısı Lucas bildirib ki, kvant kompüterlərinin ölçüsünü artırmaq hələ də ciddi texniki çətinliklər yaradır və bunun üçün yeni fiziki yanaşmalar və intensiv mühəndislik səyləri tələb olunacaq.

Buna baxmayaraq, tədqiqatçılar ümidlidirlər ki, gələcəkdə kvant kompüterləri bu günün superkompüterlərinin illərlə həll edə bilmədiyi mürəkkəb hesablamaları cəmi bir neçə saata icra edə biləcək.

“Apple” “Meksika Körfəzi”ni “Amerika Körfəzi” olaraq dəyişdi – Meksika etiraz edir

Apple Maps App Renames Gulf of Mexico as Gulf of America (AAPL) - Bloomberg

“Apple” “Google Maps”in izindən gedərək xəritə tətbiqində “Meksika Körfəzi” adını “Amerika Körfəzi” olaraq dəyişdirib. “Google” bu dəyişikliyi artıq ötən həftə həyata keçirmişdi. Bu addım “Microsoft Bing Maps” və “MapQuest” tərəfindən hələlik qəbul edilməyib. “Apple” ilkin olaraq ABŞ istifadəçiləri üçün tətbiq etdiyi bu yeniliyi dünya üzrə yaymağı planlaşdırır.

Dəyişiklik böyük mübahisələrə səbəb olub. Respublikaçı siyasətçilər bu qərarı dəstəkləyir, lakin Meksika da daxil olmaqla tənqidçilər bildirirlər ki, ABŞ beynəlxalq sulardakı adları birtərəfli qaydada dəyişdirə bilməz.

Bəzi istifadəçilər isə “Google”un hökumət göstərişinə sürətlə əməl etməsini tənqid ediblər. Qeyd edək ki, “Apple” CEO-su Tim Cook və Google rəhbəri Sundar Pichai, Trampın yenidən seçilməsindən sonra onunla bir sıra tədbirlərdə iştirak ediblər – bu da böyük texnologiya şirkətləri ilə administrasiya arasındakı yaxınlaşmanı göstərir.

“Google Pixel 9a” ilə kamera dizaynında inqilab!

Know about the biggest Pixel 9a upgrades in comparison to Pixel 8a.

Sızdırılan “Pixel 9a” render görüntüləri cihazın dizaynı ilə bağlı mühüm bir yeniliyi üzə çıxarıb. “İPhone 16” və “Galaxy S25” kimi modellərdə böyüyən kamera adalarına qarşılıq olaraq, “Pixel 9a” tamamilə düz arxa panele sahib olacaq! Yəni cihazda kamera çıxıntısı olmayacaq.

 

Bu yeni dizaynın istifadəçilər tərəfindən necə qarşılanacağı maraq doğurur. Pixel 9a-nın kamera sistemi belə olacaq:
- 48 MP əsas kamera
- 13 MP ultra geniş bucaq linzası
- 13 MP ön kamera

- 5.100 mAh batareya – “Pixel” modelləri arasında rekord!


Bundan əlavə, batareya tutumu artırıldığı üçün “Pixel 8a” ilə müqayisədə cihaz bir qədər böyük olacaq. 5.100 mAh-lik batareya “Pixel” seriyasında rekord göstəricidir və “Google”un dizaynda ənənəvi yanaşmadan kənara çıxdığını göstərir.

"Five Nights at Freddy’s" oyun seriyasının yeni hissəsi gəlir

Five Nights at Freddy's | Rotten Tomatoes

Populyar qorxu oyunu seriyası Five Nights at Freddy’s yeni bir hissə ilə geri qayıdır. "Five Nights at Freddy’s: Secret of the Mimic" adlı oyun 13 iyun 2025-ci ildə buraxılacaq. Oyunun "PlayStation 5" platformasında yayımlanması gözlənilir.

Posted 
Feb 13, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All