ədvəl istifadəçilərin neçə faizinin 2010-cu ildən 2023-cü ilə qədər istehsal olunmuş bütün “iPhone modelləri” üçün 5 ulduz verdiyini göstərir. “iPhone 13” seriyası “Apple” tarixində ən yüksək bal toplayıb. “iPhone 13” istifadəçi rəylərinin 80%-də 5 ulduz var.
“iPhone 13”dən sonra “iPhone 11” və “iPhone 12” modelləri 78 % nisbəti ilə gəlir. 3-cü yerdə 74 % göstərici ilə “iPhone X” qərarlaşıb. Ən yüksək baldan ən aşağı bala doğru sıralama bu cürdür:
- iPhone 13;
- iPhone 11 və iPhone 12;
- iPhone X;
- iPhone 14;
- iPhone 8;
- iPhone 7;
- iPhone 6;
- iPhone 4;
- iPhone 5.
Siyahı model əsasında deyil, seriyaya görədir. Bütün “iPhone” modellərinə baxdığımız zaman “iPhone 5C” modelinin 64 %-lə ən aşağı bal aldığını görürük. “Apple”ın qiymət performansı olaraq buraxdığı SE, SE 2020 və SE 3-cü nəsil modelləri, ümumiyyətlə 70 % ilə 72 % arasında dəyişib.
Elon Musk “WhatsApp”ı sərt tənqid edib: “Tətbiq qapalı olan zaman xeyir ola mikrofon istifadə edilə bilir?
"WhatsApp" son bir neçə həftədə təhlükəsizlik problemi ilə gündəmdədir. Bir çox istifadəçi WhatsApp-da hətta proqram açıq olmayan zaman mikrofondan istifadənin mümkün olduğunu deyib. Müxtəlif platformalardan olan istifadəçilər yaşadıqları problemlərin təfərrüatlarını paylaşıblar. Məsələn, "Google Help"ə yazan "Pixel" istifadəçisi son 15-20 gün ərzində WhatsApp ilə zəng etdikdən sonra mikrofonun açıq qaldığını müşahidə edib. Bu problemin üzə çıxmasından sonra Twitter-in sahibi Elon Musk da paylaşım edib. O, platformanı hədəf alaraq bu sistemə qətiyyən güvənmək olmaz məzmunlu bir tvit də atıb.
“Final Cut Pro” və “Logic Pro” abunəlik modeli ilə iPad-də
Bir çox istifadəçi Mac modelləri üçün hazırlanmış mühüm proqramların iPad-də olmadığını bildirərək “Apple”ı tənqid edirdi. Bugünkü açıqlamada Apple-ın bu problemi aradan qaldırdığı görünür. Belə ki, “Mac” ekosistemində ən məşhur videomontaj proqramı olan “Final Cut Pro” haqqında uzun müddətdir danışılır. Apple tərəfindən verilən məlumata görə, proqramların iPad versiyaları üçün aylıq abunə haqqı 4,99 dollar, illik abunə haqqı isə 49 dollar təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, Final Cut Pro-nun Mac versiyası 299,99 dollar, Logic Pro-nun Mac versiyası isə 199,99 dollardır. Proqramların “Mac” versiyalarında abunə seçimləri yoxdur. Həm “Final Cut Pro”, həm də “Logic Pro” proqramları mayın 23-də “iPad” istifadəçilərinin ixtiyarına veriləcək.
“Apple”ın həmtəsisçisi Steve Wozniak: “Süni intellekt pis niyyətli insanların fırıldaqçılığını asanlaşdırır”
Wozniak süni intellektlə bağlı narahatlıqlarını ifadə edərkən, sənayedə daha dərin və ciddi qaydalar hazırlanmalı olduğunu bildirib. Böyük texnologiya şirkətlərinin süni intellektin inkişafında kritik rol oynadığını deyən Wozniak, onlar üçün “Hər şey bu qədər sadə deyil” ifadəsini işlədib. Bəzilərimiz xatırlayar, Steve geniş generativ süni intellekt təcrübələrini dayandırmağa çağırış edən açıq məktub imzalayanlar arasında idi. Bu "imza kampaniyası"na qoşulanlar arasında Elon Musk, yazıçı Yuval Noah Harari, "Pinterest"in həmtəsisçisi Evan Sharp, "Getty Images"in icraçı direktoru Craig Peters də var idi. Məktubda süni intellekt şirkətlərinin nəzarətsiz bir yarışa kilidləndiyi və bu vəziyyətin sivilizasiyanın gələcəyi üçün risk yaratdığı bildirilib. Wozniak verdiyi müsahibədə texnologiya istehsalını dayandıra bilməyəcəyimizi vurğulayaraq, istehlakçıların bu mövzularda daha çox məlumatlandırılmasının lazım olduğunu önə çəkib.
Rəqəmsal Kanada dolları üçün yeni mərhələ
Açıqlamada, hazırda rəqəmsal Kanada dollarına ehtiyac olmadığı bildirilib. Rəqəmsal dolların buraxılması ilə bağlı qərarı parlament və hökumətin verəcəyi bildirilir. Nağd pulun heç yerə getmədiyini vurğulayan bank rəqəmsal dollar dövriyyəyə buraxılsa belə, əsginasların gündəmdə qalacağını qeyd edib. Kanadada isə müxalifət “CBDC”yə qarşı çıxır. Bundan əlavə, bankın verdiyi açıqlamada dünyanın getdikcə daha çox rəqəmsallaşdığı qeyd olunub. Açıqlamada milli valyutanın rəqəmsal versiyasının araşdırıldığı bildirilib: “Rəqəmsal Kanada dolları ölkədəki insanların etibarlı və sabit rəqəmsal ödəniş seçiminə malik olmasını təmin edəcək”. Məsləhət-məşvərət iyunun 19-dək davam edəcək. Mərkəzi banklar rəqəmsal ödənişləri özəl sektora buraxmamaq üçün “CBDC” işlərini sürətləndirdilər. Çin “CBDC” sahəsində lider olmağa davam edərkən, ABŞ-də “FedNow” ilə rəqəmsal dolların qabaqcıl işi davam edir.
Rəqiblərinə reklam üçün yer sifariş edən marka
2021-ci ildə “Show us your number” kampaniyası ilə qida sənayesinə meydan oxuyan süd və süd məhsullarına bitki əsaslı alternativ məhsullar təklif edən “Oatly”, bu dəfə heyvan mənşəli süd və qida məhsulları markalarını hədəf alıb. Çap reklam kampaniyasında ekoloji iz statistikasını dərc edən şirkət, bilbordun digər tərəfini rəqib süd şirkətlər üçün ayırıb. Süd şirkətlərinin əvəzinə ayrılan yerin pulunu ödəyəcəklərini açıqlayan “Oatly” rəsmiləri bunun müqabilində qarşı tərəfə məhsulun ekoloji izlərini şəffaf şəkildə açıqlamaları şərtini qoyublar. Pulsuz reklam yerlərindən yararlanmaq istəyən süd məhsulları brendləri xüsusi hazırlanmış mikrosayta baş çəkməli və 68 sualdan ibarət sorğuya cavab verməlidir. Bu sorğu nəticəsində “Oatly”nin iqlim sertifikatını almaq hüququ olan brendlərin reklam sahəsi xərcləri “Oatly” tərəfindən qarşılanacaq. Bildirilib ki, təklif olunan pulsuz çöl və ya çap reklam yerinə görə ödəniləcək maksimum ödəniş 50 000 ABŞ dolları təşkil edəcək. Mayın 7-də The New York Times, Los Angeles Times və Washington Post qəzetlərində dərc olunan kampaniya “OOH” araşdırması olaraq, Times Square və Hollivudda açıq elan lövhələrində yerləşdirilib.
“Volvo” yeni elektrik avtomobili “EX30”un çıxacağı tarixi açıqlayıb
“EX30” adı əslində bir neçə həftədir ki, gündəmdədir. Şirkətin yeni açıqlaması belə bir avtomobilin buraxılacağını bir daha təsdiqləyib. Press-relizdə deyilir ki, maraqla gözlənilən avtomobil kiçik yolsuzluq avtomobili olacaq. Şirkət EX30-u “Ölçü olaraq kiçik, həyat üçün böyük” kimi təsvir edir və “Kiçik düşünmək ən böyük ideyalarımızdan biridir” deyir. Hazırda xüsusiyyətləri və dizaynı haqqında heç bir məlumat olmayan avtomobilin gənc auditoriyanı hədəf aldığı söylənilir. Başqa sözlə, yığcam və idman avtomobili ilə qarşılaşma ehtimalımız yüksəkdir.