pple” dayanmaq bilmir!
Qatlana bilən “iPhone”nun "zirehi" də olacaq! Yenilənmiş versiyaya əsasən, bu “iPhone”da hündürdən düşməyə qarşı qorunma mexanizmi olacaq. Qatlana bilən smartfon bazarı günü-gündən böyüsə də, “Apple” hələ də heç bir addım atmamışdı.
Uzun illərdir qatlana bilən model üzərində işləyən şirkət diqqətəlayiq bir sonluq əldə etmək istəyir. Buna uyğun olaraq da “iPhone”larda ekranların qorunması üçün mexanizm sisteminə rast gələ bilərik. Bunun sayəsində də telefon yerə düşən zaman minimum zərər görmüş olacaq.
“Nvidia” üçün yeni iddialar var!
“Nvidia RTX 4060” və “4070 TI” modelləri olduğu iddia edilən video kartın fotoşəkilləri bir istifadəçi tərəfindən sızdırılıb. Xüsusilə oyun həvəskarları tərəfindən sevilən “Nvidia”nın “RTX” seriyasına yeni modellərin əlavə edilməsi davam edir. Bu çərçivədə gözlənilən “RTX 4060” və “4060 TI Founders Edition” modellərinin artıq hazır olduğu iddia edilir. Şəkildəki kartlardan əlavə olaraq “Nvidia”nın daha əvvəl elan etdiyi və sonra heç vaxt satışa buraxmadığı “RTX 4070 TI” kartının da bu fotoda yer aldığı bildirilib.
“Microsoft” - “Activision Blizzard” müqaviləsində tarixi qərar!
Son bir neçə gündə oyun dünyasını bir-birinə qatan “Microsoft Activision Blizzard” müqaviləsi yeni bir qərarla yenidən gündəmə gəlib. Avropa Komissiyası aprelin 22-də daha əvvəl də mübahisəli olan bu razılaşma ilə bağlı yekun qərarını verəcəyini açıqlayıb. “Microsoft”un güzəştlərindən sonra bu qərar mayın 22-nə təxirə salınıb. Onların adı tam açıqlanmasa da, əksəriyyətinin “Microsoft”un rəqib şirkətlərlə olan “Call of Duty” müqavilələri olduğu düşünülür.
Fevral ayında “Call of Duty”ni “GeForce Now” və “Nintendo” platformalarına gətirmək üçün on illik müqavilələr imzaladığını elan edən “Microsoft” keçən həftə bulud oyun platformaları “Boosteroid” və “Ubitus” ilə də oxşar müqavilələr imzalayıb.
“Discord” “Nitro” abunəçiləri üçün yenilik edir
“Discord” əvvəlcədən hazırlanmış 16 (17 də ola bilər) rəng çalarından ibarət, istifadəçi interfeysini dəyişməyə imkan verən mövzuları sınaqdan keçirir. Tətbiq üçün bu xüsusiyyət çoxdan gözlənilirdi, lakin diqqət çəkən məqam ondan ibarətdir ki, bu proses pulsuz deyil, ona daxil olmaq üçün aylıq olaraq 9,99 ABŞ dollar pul ödəməlisiniz. Bu proqram üçün ödəniş etmədən də istifadə mümkündür, lakin əsas üstünlüklər əksərən ödənişli proqram sistemində olacaq.
“Google” və “Intel” də Silikon vadisindən üz döndərdi
“Google” və “Intel”in dünyanın texnologiya mərkəzi olan Silikon Vadisindəki ofislərini satışa çıxardığı xəbəri yayılıb. Şirkətlər bu ayrılığın səbəbinin mövcud işçilərinə daha yaxşı imkanlar təklif etmək olduğunu bildirirlər. Keçən ilin ortalarından bu günə qədər əksər texnologiya şirkətləri çoxlu sayda işdən çıxarmalara imza ataraq gündəm olublar. Bu şirkətlərin başında isə Silikon Vadisi nəhəngi “Google” dayanır. Dediyinə görə şirkət, 12 000 nəfəri işdən çıxarıb bu da işçi qüvvəsinin 6 %-nə bərabərdir. İndi bu nəhəng ofisi satmaq istəmələrinin səbəbi azalan işçiləri üçün daha yaxşı və daha keyfiyyətli iş mühiti təmin etməkdir.
“WhatsApp”dan “Android” üçün yenilik
"WhatsApp"ın “Android”lər üçün olan versiyasına anketlərlə bağlı yeni funksiyalar əlavə edilir. Yaxın zamanda təqdim olunan bu funksiyada birdən artıq səs vermə səbəbi ilə proqram sabotaj olurdu, hazırda isə ”Sadəcə bir səs istifadəsi”ni seçərək istifadəçilərin yalnız bir səs verə bilməsini reallaşdıra bilərsiniz.