Yaradıcılıq, texnologiya və startap mövzuları üzrə bu günün xəbərlərini sizinlə paylaşırıq
Elon Musk “Cybertruck” sövdələşməsini təkzib edib

ABŞ Dövlət Departamenti 400 milyon dollarlıq “Cybertruck” alqı-satqısı ilə bağlı mümkün razılaşmanı sənədlərdən çıxarıb. Musk federal hökumətin elektrik avtomobilləri üçün bu qədər büdcə ayıracağını təkzib edib. Departamentin açıqlamasına görə, bu sorğu Donald Trump vəzifəyə gəlməzdən əvvəl göndərilib. ABŞ hökuməti və “Tesla” arasında belə bir razılaşmanın mövcud olub-olmadığı hələ də dəqiqləşdirilməyib.
“Minecraft” filminin yeni treyleri yayımlandı
Populyar “Minecraft” oyununun canlı aksiyon filmi yeni treyleri ilə izləyicilərin qarşısına çıxıb. Treyler “IGN”in rəsmi “Instagram” hesabında paylaşılıb və qısa zamanda minlərlə baxış toplayıb. Paylaşımda filmin C418 musiqisi ilə nostalji hisslər oyatdığı vurğulanıb.
“Call of Duty” “Teenage Mutant Ninja Turtles” bir arada!
“Activision”un məşhur oyunu “Call of Duty”yə “Teenage Mutant Ninja Turtles” əlavə olunur. Rəsmi sosial media hesablarında yayımlanan qısa video-teaserdə Leonardo, Donatello, Raphael və Michelangelo birgə görüntülənib. Bu yeni tərəfdaşlıq oyunun klassik realist atmosferindən fərqli olaraq əyləncəli və nostalji dolu bir təcrübə təqdim edəcək. “Call of Duty” əvvəllər də “Squid Game” kimi digər populyar seriyalarla oxşar uğurlu əməkdaşlıqlar həyata keçirmişdi.
20 avtomobil istehsalçısı “DeepSeek”ə keçdi!

Çinin məşhur süni intellekt modeli “DeepSeek” 20-dən çox avtomobil markası ilə əməkdaşlıq edərək ağıllı kokpit texnologiyalarını inkişaf etdirir. “BYD”, “Geely”, “Dongfeng” və “Great Wall” kimi şirkətlər artıq “DeepSeek”i sistemlərinə inteqrasiya ediblər. Bu texnologiya səsli komanda ilə mətn yaradılması, xəritə məlumatlarının verilməsi kimi yeniliklər təqdim edir. Lakin “Tesla”, “NIO”, “XPeng”, “Li Auto” və “Xiaom kimi nəhənglər hələ bu əməkdaşlığa qoşulmayıb. Ekspertlər bunu bu şirkətlərin öz süni intellekt sistemlərinə malik olmaları və “DeepSeek”in yüksək texniki tələbləri ilə əlaqələndirir.
“OceanGate Titan”ın son anlarına aid səs yazısı yayımlanıb

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) “Titan” adlı sualtı gəmisinə aid səs yazısını ictimaiyyətə təqdim edib. 18 iyun 2023-cü ildə turistik səfər zamanı qəzaya uğrayan gəminin bu yazısı, hadisənin son anlarını sənədləşdirən ilk səsli dəlil kimi qiymətləndirilir. Səs yazısı qəzadan 1.448 kilometr uzaqlıqda yerləşdirilmiş xüsusi cihaz tərəfindən qeydə alınıb. Tədqiqatçılar bu məlumatı gələcəkdəki dərin dəniz dalışlarının təhlükəsizlik standartlarını inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırırlar.