Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Apple-ın gəlirləri azalıb

It's Official: Apple Is Now a Silicon Company | WIRED

Apple-ın gəliri 30 Martda sona çatan 3 aylıq dövrdə illik müqayisədə 4 % azalıb. Geriləməyə baxmayaraq şirkətin 90,8 milyard dollarlıq gəliri bazar proqnozunu üstələyib.

Apple 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 Martda bitən 3 aylıq dövr üzrə (yanvar-mart) balans hesabatını açıqlayıb. Şirkətin gəliri sözügedən dövrdə illik müqayisədə 4 faiz azalaraq 90,8 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar gəlir əldə etmişdi. Apple həmçinin 110 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb. Sözügedən məbləğ şirkətin tarixində ən böyük səhm geri alış məbləğidir.

Bu dövrdə Apple-ın smartfon və planşet satışları azalarkən, kompüter satışları artıb. 30 Martda sona çatan 3 aylıq dövrdə iPhone satışlarının məbləği keçən ilin eyni dövrünə görə 10,5 faiz azalaraq 45,9 milyard dollara geriləyib. Eyni dövrdə iPad satışlarının məbləği 16,7 faiz azalaraq 5,56 milyard dollar, Mac satışlarının məbləği isə 3,9 faiz artaraq 7,5 milyard dollar olub.

NVIDIA-nın süni intellekt köməkçisi ChatRTX təqdim edildi! 

nvidia-kisisel-yapay-zeka-asistani-chatrtx

ChatRTX işləri sürətləndirmək üçün GeForce RTX GPU ilə təchiz edilən süni intellekt köməkçisi kimi təqdim edilib. İlk dəfə 2024-cü ilin fevralında elan edilən alət “Chat with RTX” adlı ilə nümayiş olunmuşdu. İndi onun adı ChatRTX olaraq dəyişdirilib və tamamilə sizin nəzarətinizdə olan ChatGPT-yə bənzər bir təcrübə təklif etmək məqsədi daşıyır.

NVIDIA həmçinin proqramla birlikdə gələn böyük dil modellərini (LLM) yeniləyib. Məsələn, Google tərəfindən hazırlanmış yerli LLM olan Gemma indi Mistral 7B INT4 və Llama 2 7B INT4 kimi modellərlə birlikdə dəstəklənir.

“az” domeninin əhatə dairəsi və imkanlarının genişləndirilməsi məqsədilə müzakirələr aparılıb

Nazirlər Kabineti domen adlarının qeydiyyatı və istifadəsi ilə bağlı sənədi  necə təsdiqləyib? - TƏHLİL

“az” domeni üzrə milli inzibatçı Faiq Fərmanov son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində böyük irəliləyişlərin baş verdiyini və “az” domeninin idarə edilməsində də rəqəmsallaşmanın əhəmiyyətli olduğunu qeyd edib. Qarşıdakı dövr üçün “az” domeni üzrə istifadəçi məlumatlarının uyğunlaşdırılması məqsədilə elektron hökumət sisteminə inteqrasiyanın planlaşdırıldığını və bu prosesə İKTA-nın da dəstək verə biləcəyini bildirib.

“Yango” ölkəmizdə yeni bir proqramın icrasına başlayır

Empowering communities through innovations globally | Yango

“Yango” şirkəti Azərbaycandakı tərəfdaşlarına avtomobil parklarını yeniləməyə imkan verən kompleks proqramın icrasına başlayır. Proqramın şərtlərinə cavab verən daşıyıcı şirkətlər yeni avtomobillərin alınması və uzunmüddətli icarəsi üçün güzəştli kredit şərtləri əldə edə biləcəklər. Bu, onlara avtomobil parklarını qısa müddətdə modernləşdirməyə və xidmət keyfiyyətini yüksəltməyə kömək edəcək.

“Biz daim xidmət keyfiyyətinin yüksəldilməsi üzərində çalışırıq. Komandamız xüsusilə də 2023-cü ilin sonundan etibarən bu istiqamətdə fəal iş aparır. Biz həm də tərəfdaşlarımız üçün avtomobillərin sərfəli şərtlərlə alınmasını təmin etmək məqsədilə bir neçə rəsmi avtomobil dileri ilə danışıqlar aparırıq. Bunun sayəsində tezliklə bir neçə avtomobil parkı yüzlərlə avtomobili yeniləmək imkanı əldə edəcək. Yaxın gələcəkdə elan edəcəyimiz yeni tərəfdaşlıq proqramları daha çox sayda taksi parkına kömək edəcək”, - “Yango”nun mətbuat xidmətinin məlumatında deyilir.

Keyfiyyətin yüksəldilməsi üzərində aparılan işlər çərçivəsində şirkət təhlükəsizliyə də xüsusi diqqət ayırır. Belə ki, servis bu yaxınlarda səfər zamanı sürətin və idarəetmə tərzinin monitorinqini həyata keçirən texnologiyaların tətbiqinə başlayıb. Bu texnologiyalar yol qəzaları riskini azaltmağa yönəlib. Bunun sayəsində mütəmadi olaraq sürət həddini aşan və kəskin manevrlər edən sürücülərin sayı 1,5 dəfəyədək azalıb.

Ruhi Çenet kanalı oğurlandıqdan sonra nə qədər pul itirdiyini açıqladı

Ruhi Çenet bir həftədə iki dəfə oğurlanan YouTube kanalı ilə bağlı yeni açıqlama verib. Çenet aprelin 10-u baş verən ilk kiberhücum hadisəsindən sonra nə qədər pul itirdiyini açıqlayıb. Ruhi Çenetin X hesabında verdiyi açıqlamaya görə, məşhur YouTuber aprelin 10-dan bu yana 1 milyon TL ziyana düşüb.

Posted 
May 3, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All