"Volkswagen" ucuz elektrik avtomobillər üçün platforma hazırlayır
"Volkswagen" şirkəti rəqibləri kimi, elektrikli avtomobil seriyasını genişləndirmək üçün bir çox fərqli layihələr üzərində işləyir. Bu araşdırmalardan və gələcək planlardan biri də kiçik elektrik “Volkswagen ID.1” modelidir. Bu avtomobil 2025 və ya 2026-cı ilə qədər satışa çıxarılmasa da, qiymətinin təqribən 17-18 min avro olması hədəflənir. Şirkət həmçinin Çin bazarında 20 min dollardan aşağı qiymətə satılacaq elektrikli avtomobil modeli üçün platforma üzərində işləyir. Bu platformanın 2026-cı ilə qədər hazır olması planlaşdırılır.
2020-ci ildə buraxılan “Samsung” telefonlarında “Android 14” olmayacaq
Şirkət bir çox telefonu yeniləyəcək, lakin bəziləri geridə qalacaq. 2021 və daha sonra buraxılan telefonlara 4 əsas yeniləmə vəd edən “Samsung” indi 2020 modellərini geridə qoyur: "Galaxy S20/S20+/S20 Ultra", "Galaxy S20 FE", "Galaxy Note 20/Note 20 Ultra", "Galaxy Tab S7/S7+", "Galaxy A51/A51 5G", "Galaxy A71/A71 5G", Galaxy Z Flip/Galaxy Z Flip 5G. Xəbər verildiyi kimi, "Samsung"un bu smartfon modelləri Android 14 əməliyyat sisteminə sahib olmayacaq.
"WhatsApp" ləğv etdiyi funksiyanı veb versiyasına yenidən gətirəcək
Bildiyimiz kimi, “WhatsApp” istifadəçilərə birdəfəlik foto və ya videoları göndərməyə imkan verir. Bu funksiya bir il əvvəl olduğu kimi yenidən veb versiyada əlçatan olacaq. İstifadəçilər artıq kompüterlərindən birdəfəlik video və ya fotoşəkillər göndərə və baxa biləcəklər. Bu funksiya sayəsində media elementlərinin cihazın yaddaşında saxlanmasının qarşısı alınır. Beləliklə, yerə qənaət edilir və daha yaxşı məxfilik səviyyəsi təmin edilir.
"ChatGPT" rəqibi "Grok" "X"də məzmun təhlili edə biləcək
Elon Musk-ın təsis etdiyi "xAI" şirkəti son həftələrdə "ChatGPT"yə bənzər "Grok" adlı çatbotunu istifadəyə verdi. Bu sistem hazırda yalnız ABŞ-da yaşayan "X"in "X Premium+" abunəliyini alan istifadəçilər üçün əlçatandır və yalnız kiçik miqyasda sınaqdan keçirilir. Elon Musk-ın bu yaxınlarda verdiyi açıqlamaya görə, sistem gələn həftə bütün "X Premium+" abunəçiləri üçün aktivləşəcək. Bu süni intellekt vasitəsilə "X"də paylaşılan məzmunları təhlil etmək mümkün olacaq. Bunun üçün ekranda "Grok, analysis!" düyməsinin mövcud olacağı bildirilib.
2024 model "Porsche Panamera" təqdim edildi
Üçüncü nəsil 2024 modeli "Porsche Panamera"nın dizayn xüsusiyyətlərində müəyyən dəyişikliklər olsa da, köhnə modellərdən çox da fərqlənmir. Bununla belə, avtomobilin bəzi xüsusiyyətləri təkmilləşdirilib və yenilənmiş dizayn ilə ortaya çıxıb. Yeni model E-Hybrid mühərrik çeşidi ilə diqqət çəkir. Bununla belə, mərkəzi konsol artıq boş olduğu üçün orada kondisioner və oturacaqların tənzimlənməsi üçün düymələr yerləşdirilib. Avtomobil 101,550 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.