Keçən yazımızda “TikTok”un alqoritmi haqqında danışıb 3 əsas nüansa toxunmuşduq. Bu dəfə Trilogy.News olaraq bu platformanın özünəməxsus alqoritmi ilə ayaqlaşa bilməyin əsas 7 üsulundan danışacağıq.

1. Profilinizi “Pro Account” növünə keçirin

“TikTok” biznes, yaxud şəxs (kontent yaradıcısı) olmağınızdan asılı olaraq sizə 2 profil növü təqdim edir. Əlbəttə ki, professional profilə keçmək sizin videolarınızı birbaşa “For You Page (bundan sonra FYP)” hissəsinə çıxarmayacaq, amma trend videolar arasına düşmək və “TikTok” alqoritminə uyğunlaşmaq üçün bu, önəmli addımdır.

Bunun səbəbi, “Kontent Yaradıcısı” və ya “Biznes” hesabı sizə video strategiyanızı istiqamətləndirməyə kömək edə biləcək statistikalara və geridönüşlərə giriş imkanı verir. Auditoriyanızın kim olduğunu, tətbiqdə nə vaxt aktiv olduqlarını və onların hansı məzmunla maraqlandığını başa düşmək önəmlidir. Bu profil növləri isə sizə elə bunu təqdim edir.

@tiktokforbusiness With a Business Account you can access the Web Business Suite and tap into key insights, inspiration and more! #learnontiktok #businesscheck ♬ original sound - TikTok for Business

2. Subkulturanızı tapın

Bütün sosial platformalarda əlaqə yaratmaq üçün mövcud icmaları tapmaq vacibdir. Lakin “TikTok” alqoritminin təbiəti bunu tətbiqdə daha vacib bir addım halına gətirir.

Bunun səbəbi odur ki, “TikTok” istifadəçiləri tətbiqdə keçirdiyi vaxtın hamısını FYP hissəsində keçirir. Mövcud icmaya və ya subkulturaya daxil ola bilsəniz, düzgün auditoriyaya çatdırılma ehtimalınız daha yüksəkdir. Xoşbəxtlikdən, “TikTok” subkulturaları heşteqlər ətrafında toplanır.

Hansı subkulturanızı anlamaq sizə izləyicilərə xitab edən orijinal məzmun yaratmağa kömək edə bilər, daha çox etibarlılıq, brendə sadiqlik yarada bilər.

Bu subkulturalara #MomsOfTiktok, #FitTok, #WitchTok#DarkAcademia kimi icmaları misal göstərmək olar.

3. Əyləncəli açıqlama mətnləri yazın

Heşteqlər daxil olmaqla, TikTok başlığınız üçün 300 simvol haqqınız var. Ancaq bu o demək deyil ki, limit olmağı əyləncəli açıqlama mətni yazmağa əngəldir. Mükəmməl başlıq oxuculara videonuzu niyə izləməli olduqlarını izah edir, bu da gələn reaksiyaları artırır və alqoritmə sizin videonuza aid siqnal göndərir.

4. Yüksək keyfiyyətli məzmun hazırlayın

Professional və bahalı texnikaya ehtiyacınız yoxdur, ən yaxşı videonuzu elə telefonunuzla da çəkə bilərsiniz. Sizə lazım olan yaxşı işıqlandırma və montaj üçün uyğun ola biləcək kompüter və ya telefon proqramıdır. 5 saniyədən 3 dəqiqəyə qədər video hazırlaya bilərsiniz, amma nəzərə alın ki, ilk 2-3 saniyə izləyicilərinizi cəlb edə biləcəyiniz zamandır.

Videoları 9:16, şaquli formatda çəkmək lazımdır. Şaquli şəkildə çəkilmiş videoların altı saniyəlik izləmə nisbəti orta hesabla 25% yüksəkdir. 

Videolarınızı hazırlayanda səsli olmasına və səsin əhəmiyyət kəsb etməyinə önəm verin. “TikTok” istifadəçilərinin 88%-i səsin platformada vacib olduğunu bildirib. Dəqiqədə 120 və ya daha çox bit ilə ifa edən sürətli treklər ən yüksək izləmə statistikasına malikdir.

5. İzləyicilərinizin nə zaman onlayn olduğunu kəşf edin

Bu, bütün sosial media platformaları üçün vacib olduğu kimi, “TikTok” üçün önəmli nüansdır. Məzmununuzla izləyicilər arasında aktivliyi yaratmaq alqoritmin diqqətini cəlb etmək üçün əsas məsələdir. Videonuzu paylaşdığınız ilk yarım saat ərzində aldığınız şərh və bəyənmələr videonuzun gələcək taleyində ciddi rol oynaya bilər.

İzləyicilərinizin nə zaman onlayn olduğunu anlamaq üçün isə bu videonu izləyə bilərsiniz:

Və yaxud da profiliniz biznes profilidirsə, parametrlər hissəsindən “Business Suite” > “Analytics” hissələrinə daxil olun. Burada profilinizdəki videoların hansı saatlarda aktiv şəkildə izləndiyini görəcəksiniz. 

6. Doğru heşteqlərdən istifadə edin

#fyp, #foryou və #foryoupage kimi heşteqlər “For You Page”ə daxil olmaq üçün çox istifadə olunur, lakin təcrübə bunu göstərir ki, hər videonuzun açıqlama hissəsinə bunu yazmağa ehtiyac yoxdur. 

Trenddə olan heşteqləri tapmaq isə ən yaxşı üsullardan biridir. Bunun üçün “Discover” hissəsinə girərək hazırda ən çox hansı etiketdən istifadə edildiyinə baxa bilərsiniz. 

“Challenge”lər və onlara məxsus heşteqlər isə həm sizin brendiniz, əgər kontent yaradıcısısınızsa, imiciniz üçün çox yaxşı nəticələr göstərə bilər. “TikTok” istifadəçilərinin 61%-i hansısa “Challenge”də iştirak edən brendlərin məhsullarını daha çox bəyənir.

Əgər kiçik biznesiniz varsa, bu heşteqlər də sizə kömək edə bilər:

7. Trend mahnı və səslərdən istifadə edin

TikTokerlərin üçdə ikisi (67%) məşhur və ya trend mahnıların yer aldığı brend videolara üstünlük verdiyini bildirib. Yuxarıda da dediyimiz kimi, hər hansı trenddə iştirak etmək “For You Page”ə düşmək şansınızı çoxaldır.

Məsələn 14 iyun 2022-ci il üçün Joji tərəfindən yazılan “Glimpse of Us” mahnısı qlobal “TikTok” trendlərində görünməyə başlayıb. Və yaxud da T2 adlı sənətçinin “Heartbroken” treki sarkastik videolar çəkənlərin yeni sevimlisidir. 

Posted 
Jun 17, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All