Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Xiaomi Mix Flip 2"nin təqdimat tarixi məlum oldu

"Xiaomi"nin yeni qatlanan telefonu "Mix Flip 2" ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Məlumata görə, cihaz 5.100 mAh batareya tutumu və 50W sürətli simsiz şarj dəstəyi ilə gələcək. Snapdragon 8 Elite prosessoru ilə güclənəcək telefonun IPX8 suya davamlılıq sertifikatına sahib olacağı gözlənilir.

"vivo X200 Ultra"nın kamerası sızdırıldı

"vivo X200 Ultra"nın kamera xüsusiyyətləri ortaya çıxıb. Məlumata görə, smartfon 50 MP əsas kamera, 50 MP ultra geniş bucaqlı kamera və 200 MP periskop telefoto kamera ilə təchiz olunacaq. Cihazın 4K 120 FPS video çəkilişi edə biləcəyi və "vivo"nun yeni nəsil görüntü çipinə sahib olacağı bildirilir.

"Disney+"ın 700 min istifadəçisi platformadan ayrılıb

Disney+: Everything you Need to Know | Disney UK

"Disney+" son aylarda abunə sayı baxımından ciddi enişlə üzləşib. 2024-cü ilin son üç ayında platforma 700 min abunə itirib və ümumi istifadəçi sayı 124,6 milyona düşüb. Şirkətin ESPN+ xidməti də eyni sayda abunəçi itirərkən, Hulu 1,6 milyon yeni istifadəçi qazanıb.

"Tesla"nın Almaniyada satışları 60 % azalıb

2025 Tesla Model Y Juniper debuts with Cybercab-like styling

"Tesla"nın Almaniyadakı satışları ötən ilin yanvar ayı ilə müqayisədə 60 % azalıb. Bu geriləmənin əsas səbəbləri arasında yeni "Model Y"nin təqdim edilməsi və Elon Musk-ın siyasi fəaliyyətləri göstərilir. Maraqlıdır ki, ümumilikdə Almaniyada elektrikli avtomobil satışları 53.5 faiz artdığı halda, Tesla bu tendensiyadan kənarda qalıb.

"Grok" indi də "Android"ə gəlir

Not open source, but Musk's xAI makes Grok-1 AI available for developers |  Tech News - Business Standard

"Grok" iOS-dan sonra indi də "Android" cihazlar üçün əlçatan olacaq. "Google Play Store"da rəsmi olaraq siyahıya alınan tətbiq hələlik öncədən qeydiyyat mərhələsindədir və nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

Posted 
Feb 6, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All