Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Şəxsiyyət vəsiqələri tam rəqəmsallaşdırılacaq”

Turkiyeye sexsiyyet vesiqesi ile getmeyin sertleri aciqlandi -

Bu ilin sonunadək Azərbaycanda təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında deyib.

O bildirib ki, qeyd olunan sənədlər dövlət tərəfindən cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40 %-ni əhatə edir:

"Bununla bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək. Bu dəyişikliklərlə dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək".

Azərbaycanda rəqəmsal siyasətlə bağlı 3 əsas istiqamət açıqlanıb

Dövlət xidmətlərinin təxminən 40 %-i tam rəqəmsallaşdırılacaq

Azərbaycanın rəqəmsal siyasətlə bağlı, innovasiyalarla bağlı növbəti illər üçün strategiyası açıqlanıb. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında deyib. O bildirib ki, dövlətin strategiyası 3 əsas istiqamət üzərində qurulub:

"Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir. Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək".

Hamburger VS Oreo? Bu 3 xətt sizə nəyi xatırladır?

Mobil cihazlarda istifadə edilən və üç ardıcıl xəttdən ibarət "Hamburger Button" adlanan alət “Oreo”nun toxunuşu ilə "The Oreo Menu" kimliyi qazanıb. “Oreo” bu kampaniyada ABŞ-nin aparıcı supermarket şəbəkələrindən biri olan “Kroger” ilə əməkdaşlıq edib. VML tərəfindən imzalanan kampaniya həmçinin Oreonun son qlobal şüarı olan “Stay Platful” şüarını dəstəkləyir.

İKT sektorunda orta aylıq əməkhaqqı 17 %-dən çox artıb

Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 640 manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, dövlət sektorunda bu göstərici 1 373 manat, özəl sektorda isə 1 846 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 17,3 %, o cümlədən dövlət sektorunda 17,8 %, özəl sektorunda isə 16,5 % artıb. Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı martın 1-nə 32,6 min nəfər olub ki, bunun da 18,3 min nəfəri özəl sektorun payına düşüb.

“Technest” çərçivəsində məktəblilər üçün “Bebras” olimpiadası keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik düşüncə müsabiqəsi həyata keçirilib. 2 və 10-cu siniflər arasında baş tutan müsabiqədə məktəblilər interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə alqoritmik düşüncələrindən istifadə edərək rəqabət aparıblar.  Olimpiadanın final mərhələsində 2 qrup olmaqla ümumilikdə 225 məktəbli yarışıb. Yekunda nəticələr açıqlanaraq iştirakçılara sertifikatlar təqdim olunub.

 Qeyd edək ki, “Bebras” olimpiadası  İRİA-nın həyata keçirdiyi “Technest” təqaüd proqramının beynəlalq olimpiadalara xüsusi hazırlıq proqramı çərçivəsində həyata keçirilib. Proqram proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir. Əsas məqsəd perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq,  bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır.

Posted 
Apr 16, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All