Erdem Şentunalının yeni startapı "NomadVibe" 1 milyon dollar dəyərində investisiya aldı

Sahibkarlıq, startaplar və texnologiyaya diqqət yetirən yeni nəsil media şirkətlərindən biri olan "Swipeline"nın keçmiş həmtəsisçisi Erdem Şentunalının yeni təşəbbüsü "NomadVibe" 1 milyon dollar dəyərində investisiya aldı.

NomadVibe, 1 milyon dolar değerleme üzerinden yatırım aldı - Webrazzi

Yeni nəsil media ekosistemi müxtəlif istiqamətlərə yönəlmiş şirkətlərlə birgə böyüyür. "NomadVibe" həm səyahət, həm də işləməyi həyat tərzinə çevirmiş rəqəmsal köçərilərə diqqət yetirərək bu şirkətlərdən biri kimi seçilir.

"NomadVibe"nin 1 milyon dollar dəyərində qiymətləndirilməsi ilə tamamlanan ilk maliyyələşdirmə raundunun investor komandası - Derya Özyuvalı, Türkiyənin startap ekosistemində yaxşı tanınan Emre Aşlakçı, "Eternity Investments" ilə Erhan Tezakar, Hakan Erşahin və Kamil Güçlü kimi adlar yer alırdı . Məsləhət şurasına Ali Karabey, Erman Taylan, İpek Çeliksöz, Kayhan Dural və Volkan Kırtok kimi mühüm adlar daxil idi.

"NomadVibe"i yeni nəsil media şirkəti olaraq təyin edən Erdem Şentunalı Türkiyə startap ekosisteminin önəmli adlarının da dəstəyini aldıqlarını vurğulayıb. "NomadVibe" öz icmasını yeni investisiya turu ilə genişləndirməyə davam edir. Şirkət eyni zamanda, "Instagram", "TikTok""YouTube" kimi müxtəlif kanallar və vebsaytlar üçün multimedia məzmununun istehsalını və müxtəlifliyini sürətləndirəcək. Şirkətin uzunmüddətli planlarına media gücünü mərkəzdə yerləşdirmək və rəqəmsal köçərilərə maraqlı olan sektorlarla təsirini genişləndirmək daxildir.

Erdem Şentunalı'nın yeni girişimi NomadVibe, 1 milyon dolar değerleme  üzerinden yatırım aldı - egirişim

Rəqəmsal köçərilik pandemiyadan sonra uzaqdan işləmə mədəniyyətinin yayılması ilə yüksələn bir konsepsiyadır. Bu gün dünyada 35 milyondan çox insan özünü rəqəmsal köçəri olaraq adlandırır.

Rəqəmsal köçərilərin seçdikləri ölkədə yaşayıb işləmələri üçün məsləhətlər və ilhamverici məzmunlara diqqət yetirdiklərini ifadə edən Erdem Şentunalı bildirib:

“Dünyanı səyahət etmək xəyalımı bir iş fikri ilə birləşdirərək ticari faydaya çevirəcəyəm. Bu yolla mənimlə oxşar xəyalları olanları ruhlandıracaq və dəstəkləyəcəyəm ki, bu da məni çox həyəcanlandırır”.

Noyabrın sonunda Ukraynadan başlayaraq səyahətə çıxmağı planlaşdıran Erdem Şentunalı Abu Dabi, Dubay, Bali, Sinqapur, Malayziya, Vyetnam, Tayland, Cənubi Koreya, Yaponiya, Avropa və daha sonra Latın Amerikası ölkələrinə səfər edəcək. Bu ölkələrdə qarşılaşdığı rəqəmsal köçərilərin təcrübələrini orijinal məzmuna çevirəcək.

Startapın internet saytına nomadvibe.co ünvanından daxil ola bilərsiniz.

Posted 
Nov 27, 2023
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All